Dünyanın ən varlı adamı bir günə 6,8 milyard dollar itirdi

Dünyanın ən varlı adamı bir günə 6,8 milyard dollar itirdi
Fond birjalarında yaşanan çöküş nəticəsində dünyanın ən varlı adamı, "Amazon”un qurucusu Ceff Bezos çərşənbə günü 6,8 milyard ABŞ dolları itirib, dünyanın ən varlı 10 adamının ümumi sərvəti isə bir gündə 37,36 milyard ABŞ dolları azalıb.

Sfera.az  xəbər verir ki, bunu "Bloomberg” agentliyi tərəfindən hesablanan "Bloomberg Billionaires Index”in (BBI) məlumatları göstərir.

"Facebook”un yaradıcısı Mark Zukerberq və "Tesla” ilə "SpaceX”in qurucusu İlon Mask da böyük itkilərə məruz qalıblar – uyğun olaraq 5,75 milyard ABŞ dolları və 4,24 milyard ABŞ dolları. Zukerberq və Mask BBI-ın milyarderlər reytinqində müvafiq olaraq dördüncü və üçüncü sırada yer alır. Reytinqdə ikinci olan "Microsoft”un yaradıcısı Bill Geyts isə "cəmi” 2,3 milyard ABŞ dollar itirməklə canını qurtarıb.

Eyni zamanda "Forbes” jurnalı "Forbes Real-Time” sayğacına istinadən yazıb ki, dünyanın ən varlı 10 adamının ümumi sərvəti bir gündə 34 milyard ABŞ dolları azalıb. Nəşrin qiymətləndirməsinə görə, Zukerberq artıq sərvəti 100 milyard dollardan çox olanlar arasından çıxıb, hindistanlı iş adamı Mukeş Ambani isə investor Uorren Baffetti üstələyərək altıncı yerə yüksəlib.

"Forbes” nəşrinin dünya milyarderlərinin ilk onluğunda əsasən amerikalılar yer alıb. "Top-10”da digər ölkə vətəndaşlarından yalnız ikisi – "Reliance Industries”in sahibi Mukeş Ambani (Hindistan) və "Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernar Arno (Fransa) var.

Milyarderlərin sərvətinin düşməsi pandemiyanın ikinci dalğası fonunda qlobal fond bazarlarındakı panik satışlarla əlaqədardır. Belə ki, ABŞ-ın fond indeksləri 4% həddində düşüb.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...