Dünyanın ən qocaman aviaşirkətləri

Dünyanın ən qocaman aviaşirkətləri

Aviasiya innovativ fəaliyyət sahəsi hesab edilir və çoxları onun yaxın zamanlarda yarandığını düşünür. Lakin 2019-cu ilin oktyabr ayında dünyanın ən qocaman aviaşirkətlərindən biri yüzillik yubileyini qeyd edib.

Beləliklə, dünyanın ən qocaman aviaşirkətlərini təqdim edirik:

1. KLM

Təsis olunub: 1919-cu il

İlk uçuş: 1920-ci ilin may ayı

2018-ci ildə sərnişinlərin sayı: 34,2 mln

Niderlandın sabiq milli aviaşirkəti olan KLM 2004-cü ildə "Air France-KLM” tərəfindən alınıb. İlkin adını saxlayan dünyanın ən qocaman aviaşirkəti 7 oktyabr 1919-cu il tarixində təsis edilib.

2. "Avianca”

Təsis olunub: 1919-cu il

İlk uçuş: 1919-cu il

2018-ci ildə sərnişinlərin sayı: 30,5 mln

"Avianca” Latın Amerikasının baş qərargahı Boqotada yerləşən özəl səhmdar aviaşirkətidir.

Şirkət 1919-cu ilin dekabrın 5-də Barrankilyedə "Sociedad Colombo Alemana de Transporte Aéreo” adı altında təsis edilib.

3. "Qantas”

Təsis olunub: 1920-ci il

2018-ci ildə sərnişinlərin sayı: 55,3 mln

"Qantas Airways Limited” Avstraliyanın ən qədim aviaşirkətidir. Xalq arasında ləqəbi "Uçan kenquru”dur.   Aviaşirkətin baş qərargahı Sidneydə yerləşir.

İngilisdilli dövlətlərin ən qədim aviaşirkətidir.

4. "Aeroflot”

Təsis olunub: 1923-cü il

İlk uçuş: 1923-cü ilin iyul ayı

2018-ci ildə sərnişinlərin sayı: 55,7 mln

"Aeroflot”  Rusiyanın dövlət-özəl aviaşirkətidir. O, Sovet "Aeroflot”unun bölmələrindən birinin əsasında yaradılıb. 2006-cı ilin aprelindən etibarən "SkyTeam” aviasiya alyansının bərabərhüquqlu üzvüdür.

5. "Czech Airlines”

Təsis olunub: 1923-cü il

İlk uçuş: 1923-cü ilin oktyabr ayı

2018-ci ildə sərnişinlərin sayı: 2,9 mln

"CSA Czech Airlines” Çex Respublikasının milli aviaşirkətidir. Şirkət Avropa, Yaxın və Uzaq Şərq üzrə reyslər həyata keçirir.       

6. "Finnair”

Təsis olunub: 1923-cü il

İlk uçuş: 1924-cü ilin mart ayı

2018-ci ildə sərnişinlərin sayı: 13 mln

"Finnair” Finlandiyanın dövlət aviadaşıyıcısı, ölkənin ən iri aviaşirkətidir. Əsas səhmdarı (55,8% səhmlə) Finlandiya hökumətidir.

7. "Delta Air Lines”

Təsis olunub: 1924-cü il

2018-ci ildə sərnişinlərin sayı: 192,5 mln

"Delta Air Lines”  baş qərargahı Atlanta şəhərində (ABŞ, Corcia ştatı) olan bu aviaşirkət "SkyTeam” sərnişindaşıma alyansının əsasını qoyan dörd şirkətdən biridir.

"Delta Air Lines” üç əsas kriteriyaya (donanmanın ölçüsü, sərnişindaşımanın həcmi və çatdırılma məntəqələrinin sayı) görə dünyanın ən iri aviaşirkətidir. Onun marşrut şəbəkəsi Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsi ölkələrini əhatə edir.

8. "Air Serbia”

Təsis olunub: 1927-ci il

2018-ci ildə sərnişinlərin sayı: 2,5 mln

"Air Serbia” qərargahı Belqradda yerləşən Serbiya dövlət aviaşirkətidir. Belqraddan Moskva, Münhen, Berlin, London, Paris, Vyana və digər Avropa şəhərlərinə uçuşlar həyata keçirir.   

9. "Iberia”

Təsis olunub: 1927-ci il

İlk uçuş: 1927-ci ilin dekabr ayı

2018-ci ildə sərnişinlərin sayı: 20 mln

"Iberia” İspaniyanın milli və ən iri aviadaşıyıcısıdır. O, 1999-cu ildən etibarən "Oneworld” aviasiya alyansının üzvüdür.  

"Iberia Group” dünyanın 39 ölkəsində yerləşən 115-dən çox təyinat məntəqəsinə müstəqil və bağlanmış kod-şerinq razılaşmaları üzrə digər aviaşirkətlərin reysləri ilə 90 təyinat məntəqəsinə uçuşlar həyata keçirir. (oxu.az) 



OXŞAR XƏBƏRLƏR

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...