Dünyanın ən qiymətli yumurtaları Londonda sərgiyə çıxarıldı
16:09 / 18.11.2021
1305
Rus çarı
III Aleksandrın "Pasxa" bayramında həyat yoldaşına hədiyyə üçün dəvəquşu
yumurtasından bəzədilmiş "Faberge yumurtaları" Londonun Viktoriya və
Albert muzeyində sərgiyə çıxarılıb.
Sfera.az
xəbər verir ki, sərgi üçün xüsusi nümayiş biletləri artıq satılıb.
Yalnız
43-ü dövrümüzə çatan 50 yumurtanın dizaynı Faberge ailəsi və Karl Fabergenin rəhbərliyi
altında dizaynerlər tərəfindən hazırlanmışdır.
Rusiyada
çarizmin süqutundan sonra bütün dünyaya səpələnmiş Faberge yumurtalarının bir
hissəsi şəxsi kolleksiyaçıların əlinə keçib. Sənətkarlığı və dizaynı ilə dəyər
qazanan "Faberge yumurtaları" 10 milyon dollar dəyərində qiymətləndirilir.
Turan
Rzayev