Dünyanın ən kiçik kompüteri ilə tanış olun! - Duz dənəsi boydadır - FOTO

Dünyanın ən kiçik kompüteri ilə tanış olun! - Duz dənəsi boydadır - FOTO
ABŞ-ın "IBM" şirkəti dünyanın ən kiçik kompüterini ərsəyə gətirib.
 
Sfera.az "NTV"yə istinadən bildirir ki, kompüter cəmi 1 millimetr böyüklüyündədir. Onu duz dənəsi ilə müqayisə etmək olar.
 
Onun normal kompüterlərin görə bildiyi demək olar ki, hər işin öhdəsindən gələ biləcək şəkildə hazırlandığı bildirilib. Bu mikroskobik cihaz gündəlik həyat üçün əlverişli olmasa da, mütəxəssislər belə kiçik ölçülü cihazların gələcəyin texnolojik yeniliklərinə faydalı təsir edəcəyini proqnozlaşdırırlar.
 
 

OXŞAR XƏBƏRLƏR