Dünyanın ən gənc milyarderi ölümlə təhdid edilir

Dünyanın ən gənc milyarderi ölümlə təhdid edilir
Amerikalı model Kendal Cenner lisenziyasız silah almaq istəyir.

Sfera.az xəbər verir ki, 25 yaşlı ulduzun bu addımına səbəb ölümlə təhdid edilməsidir. Belə ki, Kendal onu öldürmək istəyən Malik Bouker adlı şəxsin planları barədə polisə məlumat verib və qoruma tələb edib. Bununla bağlı məhkəməyə müraciət edən Cennerin sözlərinə görə, adıçəkilən şəxs hazırda psixi vəziyyətinə görə xəstəxanada nəzarət altında olsa da, yaxın günlərdə sərbəst buraxıla bilər.

Məlumata görə, Malik Bouker Kendalı vurmaqla hədələyib. Nəticədə model müvəqqəti olaraq uzaqlaşdırma əmri ala bilib. Buna baxmayaraq, məşhur ulduz silah almaq fikrindədir. 

Qeyd edək ki, hadisəyə görə, hazırda Kendal Cennerin evini 7/24 izləyən silahlı cangüdənlər komandası var. Eyni zamanda məhkəmənin qərarına görə, Malik Bouker Kendaldan ən azı 100 metr uzaqda durmalıdır.
 
Qeyd edək ki, Kendall Cenner 1 milyard dollarlıq sərvəti ilə dünyanın ən gənc milyarderi adını daşıyır.

Türkan
Sfera.az





OXŞAR XƏBƏRLƏR