Dünyanın ən dürüst ilk 3 şəhərinin adı açıqlandı - FOTO
15:26 / 14.07.2021
613
"Twinner” şirkəti dünyanın ən dürüst şəhərləri ilə bağlı apardığı beynəlxalq araşdırmanın nəticələrini açıqlayıb.
Sfera.az xəbər verir ki, araşdırma işi 75 beynəlxalq şəhər üzrə avtomobil satışı, hökumətlər, vətəndaşların borcları, oğurluq halları və digər fərqli mövzuları əhatə edib.
Siyahıda ilk üçlükdə İsveçrənin Zürih, Yaponiyanın Tokio və Avstraliyanın Adelaide şəhərləri yer alıb.
Şirkət pis nəticələri olan şəhərlər haqqında mənfi görüntü yaratmamaq məqsədilə məlumatları təhlil edərək 350 şəhərdən ən yaxşı 75-nin adını açıqlayıb.
Dürüstlük dərəcəsi necə ölçülüb?
"Twinner” şirkəti dürüstlüyü ölçmək üçün 17 min pul kisəsini şəhərin küçələrinə ataraq onlardan nə qədərinin geri qaytarıldığının hesabatını tutub.
Daha sonra yerli hakimiyyət orqanlarının, bələdiyyələrin və yuxarı orqanların dürüstlük məlumatları araşdırılıb. Burada da şəffaflığa, xərclərə, korrupsiya hesabatlarına, qeyri-rəsmi gəlirlərə və mətbuat azadlığına baxılıb. Bundan əlavə, şəhərdə yaşayan insanların qonşuları ilə bağlı fikirləri haqda sorğular keçirilib.
Əzizə Zeynal
Sfera.az