Dünyanın ən bahalı göyərçininə rəqib gəlir - Öz balalarıdır
21:07 / 09.09.2019
1324
Belçikada keçirilən hərracda satılan dünyanın ən bahalı göyərçini Armandoya rəqib yeni göyərçinlər satılacaq.
Sfera.az hurriyyet-ə istinadən xəbər verir ki, uzun məsafə üzrə yarışların çempionu olan beş yaşlı poçt göyərçininin balaları özündən daha böyük məbləğə satışa çıxarılacaq.
1 milyon 252 min avroya satılan Armandonun balaları artıq gündə 10 saatlıq məşqlə yarışlara hazırlaşdırılır.