Dünyanın bir nömrəli tennisçisi ilə bağlı şok iddia
16:23 / 20.01.2022
1312
Dünyada bir nömrəli tennisçi olan Novak Cokoviç haqqında inanılmaz iddialar ortaya atılıb.
Sfera.az bildirir ki, peyvənd olunmaqdan imtina edən və Avstraliyadan qovulan Cokoviçin 2020-ci ilin yayında COVID-19 dərmanı hazırlamağı hədəfləyən biotexnoloji firma aldığı məlum olub. Belə ki, Danimarka biotexnologiya şirkəti "QuantBioRes”in baş direktoru İvan Loncarevic ingilis mediasına açıqlamasında tennisçinin şirkətin 80 faizini aldığını söyləyib.
Şirkətin peyvənd deyil, COVID-19-un müalicəsi üzərində işlədiyini vurğulayan səlahiyyətli şəxs həmçinin, koronavirusun insan hüceyrələrinə keçməsinin qarşısını alan bir dərman hazırlandığını və gələn yay İngiltərədə klinik sınaqlara başlanılacağını bildirib.
Günay Rəsulqızı
Sfera.az