Dünyanı gözləyən yeni təhlükə - Bu canlılar məhv ola bilər
10:38 / 16.11.2021
1149
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN)
dünyada 1 milyondan çox bitki və heyvan növünün nəsli kəsilmək təhlükəsi ilə
üzləşdiyini açıqlayıb.
Sfera.az bildirir ki, mərkəzi Cenevrədə yerləşən IUCN tərəfindən yayımlanan yazılı açıqlamada,
nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri ilə bağlı qiymətləndirmələr
aparılıb.
Açıqlamada vəhşi təbiətdəki 8400 bitki və
heyvan növünün həyat təhlükəsi altında olduğu, 30 minə yaxın növün isə
qorunmadığı bildirilib.
Nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin
2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Vəhşi Təbiəti
Mühafizə Günündə gündəmə gətirilməsinin vacib olduğu qeyd olunan açıqlamada, "təxminlərə
görə, dünyada bir milyon növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir” ifadəsindən
istifadə edilib.
Vasif