Dünyanı 8 yerə bölüblər - \"Kainat imamı\"nın İŞĞAL XƏRİTƏSİ

Dünyanı 8 yerə bölüblər - \

 

Fətullahçı Terror Təşkilatı (FETÖ) təşkilatlanma baxımından dünyanı 8 hissəyə bölüb.

Sfera.az publika.az-a istinadən bildirir ki, bunlar Avropa, Şimali Amerika, Cənubi Amerika, Asiya, Mərkəzi Asiya, Sakin okean bölgəsi, Yaxın Şərq və Afrikadır.
 
Ayrılan hissələrə imamlar rəhbərlik edirlər.
 
Qərbi Avropa, Balkan, keçmiş Şərq bloku ölkələrinə 3, ABŞ-Kanada və Cənubi Amerikaya 2, türk respublikaları, Uzaq Şərq, Yaxın Şərq və Rusiyaya 4, Afrikaya isə 1 imam təyin edilib.
 
Təşkilatın başında dayanan Fətullah Gülən isə "kainat imamı" adlandırılır və Mehdi olaraq qəbul edilir. Güləndən aşağıda isə 3 qrup var: "Mollalar qrupu", "Müşavirə heyəti" və "Özəl Qələm" (bu qrupdakılar Gülənin sirdaşları hesab edilirlər).


OXŞAR XƏBƏRLƏR