\"Dünyam yıxıldı\" - Rafael Dadaşovun qızı

\
"Mənim üçün əvəzolunmaz həm ata, həm də dost... Bir il keçir ki, səni itirdim. Dünyam yıxıldı”.

Sfera.az xəbər verir ki, bunu Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova deyib. O, ölümündən bir il ötən aktyorla bağlı xatirələrini bölüşüb:

"İndi adını daşıyan oğlumdan təsəlli alıram. Xalqın sevimlisi, böyükdən kiçiyə hər kəsin kumiri, atam... Mənə sənsiz o qədər çətindir ki, hər şey üstümə gəlir. Amma mən güclüyəm, bu gücü səndən almışam. Həmişə deyərdin güclü ol, qızım, atan kimi güclü ol. Bax bu gün sənin kimi güclüyəm. Allah sənə rəhmət eləsin, xalqın Rafaeli”.

İfaçı qeyd edib ki, hərdən atasının yaşadığını, sadəcə uzaqda olduğunu təsəvvür edir: "Ona mesaj göndərib, necə sevdiyimi demək istəyirəm. Və oturub cavab gözləyirəm...".

Qeyd edək ki,  Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. O,ötən ilin bu günü dünyasını dəyişib.

Rafael Dadaşov 1946-cı ildə Naxçıvanda anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən R.Dadaşov Akademik Milli Dram Teatrında çalışıb. O, 1987-ci ildə əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarını alıb. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət” ordeni ilə təltif olunub. R.Dadaşov aktyor Məlik Dadaşov və Sofa Hüseynovanın oğludur.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...