Dünyadakı bütün ölkələri gəzən ilk və tək insan: André Brugiroux

Dünyadakı bütün ölkələri gəzən ilk və tək insan: André Brugiroux

77 yaşlı Brugiroux, "Dünyanın ən çox gəzən adamı” olaraq xarakterizə edilir. O, tam 60 ildir dünyanın dörd bir tərəfini gəzir və bütün ölkələri gəzən ilk və tək insan olaraq tanınır.

Onun BMT-yə üzv olan 193 ölkənin torpağına ayaq basdığı səyahət macərası 1955-ci ildə 17 yaşındaykən başlamışdır. Başının dumanlı olduğu o gənclik illərində yollara düşərək dünyanı görməyi xəyal edən və xarici dillər öyrənmə arzusu ilə yanan gənc Brugiroux, 17 yaşında kürəyinə çantasını almış və bir staj vəsiləsi ilə ilk dayanacağı olan Şotlandiyaya doğru yola çıxmışdır.

Bu ilk təcrübənin ardından sürətini ala bilməyərək Almaniya, İtaliya və İspaniyaya getmişdir. 9 il davam edən bu səyahətinin ilk mərhələsində cibində çox az pul ilə, otostopla bütün Avropa ölkələrini gəzib bitirmişdir.

Kiçik işlər taparaq yol pulunu qazanan Brugiroux üçün Avropa dar gəlməyə başlayanda, səyahətlərini bütün dünyaya yaymağa başlamışdır. Ölkəsinə məcburi işləri üçün ara sıra qayıdan bu səyyah, iki illik əsgərlik vəzifəsini belə Kongoda etmişdir. Ardından üç il tərcüməçi olaraq Kanadada pul topladıqdan sonra yenidən yollara düşmüş və əsl dünya turu bundan sonra başlamışdır.

Dayanmadan bütün dünyanı gəzən səyyah nəhayət 60 ildə böyük ölçüdə avtostop edərək dünyada ayaq basılmamış ölkə buraxmamışdır.

Bu bitməyən dünya turu ərzində Borneo’da kəllə ovçularıyla, ABŞ-da hippilərlə, Sri Lankada ləl-cəvahirat qaçaqçılarıyla, Kambocada qaçqın düşərgələriylə tanış olan Brugiroux 7 dəfə də həbsə atılmış, amma səfərlərinə son verməyi əsla düşünməmişdir.

Bütün xatirələrini kitablaşdıran və kitabın adını "Dünya Tək Bir Ölkədir” (The Earth is but One Country) qoyan Brugiroux’un son dayanacağı dünyanın ən yeni ölkəsi Cənubi Sudan olmuşdur.

Hal-hazırda Fransada həyatına davam edən Brugiroux yeni səyahətlər üçün yeni dövlətlərin yaradılmasını gözləyir… :)

:)


OXŞAR XƏBƏRLƏR

Rayonlara dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...