Dünyada yeni virus yayılır: Milyonlarla insan öləcək... - Koronavirusu unudun!

Dünyada yeni virus yayılır: Milyonlarla insan öləcək... - Koronavirusu unudun!
 

Çinli alimlər donuzlardan insanlara ötürülə bilən və pandemiya riski daşıyan yeni qrip virusu aşkar ediblər.

Sfera.az xəbər verir ki, 2011-2018 illər arasında donuzlarda qrip viruslarını araşdıran bir qrup çinli alim G4 EA H1N1 adı verilən yeni virus üzə çıxarıb.

İnsanlara ötürülə və tənəffüs yollarında çoxala bilən yeni virus, 2009-cu ildə Meksikada ortaya çıxan və dünyada təxminən 800 min insana yayılan "donuz qripi” kimi tanınan H1N1 virusu ilə oxşar quruluşa sahibdir. Araşdırmalarda donuz fermalarında işləyənlərin qanında yüksək miqdarda virus aşkar edilib.

Alimlər yeni olması səbəbiylə insanların immunitetinin olmadığı virusun mutasiyaya uğraya biləcəyi və sürətlə yayıla biləcəyi riskinə diqqət çəkərək, donuz fermalarında çalışan insanlar da daxil olmaqla, əhalinin nəzarət altına alınmasının vacibliyini vurğulayıb.

Təsərrüfatların yerləşdiyi bölgələrdə yaşayan milyonlarla çinlinin ən böyük risk qrupu olduğu bildirilib.

Qeyd edək ki, ilk dəfə 2009-cu ildə Meksikada meydana çıxan  "donuz qripi" 191 ölkədə 8 mindən çox insanın həyatını itirməsinə səbəb olub. (redaktor)