Dünyada yayılan bitki virusu Azərbaycanda aşkarlansa, nə baş verəcək? - \"Bitkilər yandırılacaq, azı 2-3 il heç nə əkilməyəcək...\"

Dünyada yayılan bitki virusu Azərbaycanda aşkarlansa, nə baş verəcək? - \
Artıq müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsulları arasında yayılan virusun təzahürləri olduğuna görə, digər ölkələr öz sərhədlərini qorumaq üçün profilaktik tədbir olaraq məhdudiyyətlər tətbiq edirlər.
 
Sfera.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev deyib. O bildirib ki, Rusiya da bununla bağlı məhdudiyyətlərə başlayıb:
 
"Belə ki, Rusiya 2020-ci ildən Ermənistan və Türkiyədən daxil olan pomidora qonur qırışıqlığı viusunun aşkar olunması ilə əlaqədar məhdudiyyət tətbiq edib. Bu ilin əvvəlindən isə Türkmənistan, Özbəkistan və Qazaxıstandan daxil olan pomidorda repina mozaik virusunun aşkar olunması ilə əlaqədar həmin ölkələrin müvafiq vilayətlərindən idxala qadağa qoyulub. Azərbaycana da artıq bununla bağlı müəyyən siqnallar daxil olmaqdadır. İlk dəfə cari ilin aprel ayının 23-də ölkədə fəaliyyət göstərən "Gözəl təbiət" MMC təsərrüfatında becərilən pomidor bitkisində Rusiyada qonur qırışıqlığı virusu aşkar olunub. Bizə bildiriş daxil olan kimi agentliyin mütəxəssisləri tərəfindən monitorinq keçirildi. Məhsullardan götürülən nümunələr həm Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına, həm də Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin Zirayi Mücadilə Mərkəzi Araşdırmalar Laboratoriyasına göndərildi. Lakin aparılan müayinələr zamanı bitkidə virus aşkarlanmadı. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri may ayında Azərbaycanda səfərdə olarkən, həmin təsərrüfata baxış keçirildi və yenə də nümunələr götürülüb, Rusiyaya göndərildi. Nəticələrə görə virus aşkar olunmadı. Ona görə də həmin təsərrüfata tətbiq olunan məhdudiyyət aradan qaldırıldı".

Sədr müavini sonrakı mərhələdə Azərbaycanda fəaliyyət göstərən "Can Aqro” və "Geotermal Aqro” MMC-lərin məhsullarında isə repina mozaik, eyni zamanda "Lokal Garden” MMC-nin yük partiyasında isə qonur qırışıqlıq viruslarının aşkar olunması ilə əlaqədar Azərbaycana bildirişlər daxil olduğunu bildirib:
 
"Bununla əlaqədar AQTA yenidən həmin müəssisələrdə monitorinqlər keçirib. Ancaq bu bildirişlər gec daxil olduğuna və hazırda istixanalar öz məhsullarını istehsal edib bitirdiyinə görə, monitorinq zamanı orada məhsula rast gəlmədik. Virusun Azərbaycanda aşkarlanması hələ təsdiq olunmayıb. Bu virusla konkret mübarizə üsulu yoxdur. Əgər təsərrüfat yoluxubsa, onu sağlamlaşdırmağın hər hansı bir metodu yoxdur. Burada yalnız bir yol qalır. Həmin təsərrüfatda bütün bitkilər yandırılaraq basdırılır, təsərrüfat dezinfeksiya olunur və ən azı 2-3 il müddətinə həmin torpaqda heç nə əkilmir. Vurulan ziyanın bu baxımdan iqtisadi zərəri çox böyükdür".

/Trend


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...