No Image
No Image

Dünyada tələb çoxalır - Azərbaycanın gəlirləri yaxın 5-10 ildə kəskin artacaq

Dünyada tələb çoxalır - Azərbaycanın gəlirləri yaxın 5-10 ildə kəskin artacaq
Azərbaycanda son illərdə fındıq bağlarının sahəsi davamlı genişləndirilir. Qısa müddətdə fındıq bağlarının sahəsi 2 dəfədən çox genişləndirilib. 2011-ci ildə 29,35 min hektar sahədə fındıq bağı olduğu halda 2020-ci ildə ümumi sahə 80 min hektara çatıb. 

Sfera.az bildirir ki, son illərdə fındıq bağların sahəsinin artırılmasında əsas məqsəd daha çox fındıq istehsal edib, ixracı artırmaqdır. Fındıq ixracına maraq yaradan əsas səbəb isə onun dəyərinin yüksək olmasıdır. 2020-ci ilin və 2021-ci ilin məlumatlarına əsasən Azərbaycan qabığı təmizlənmiş bir kiloqram fındığın ixracından 6 dollardan çox qazanc əldə edib. 

Ölkəmizin ixrac etdiyi heç bir kənd təsərrüfatı məhsulunun qiyməti bu qədər yüksək deyil. Pambıq, tütün xammalı, gön dəri və s. məhsulları bahalı olsa da, onların qiyməti fındığın qiymətindən xeyli azdır. Buna görə də fındıq ixracının artırılması Azərbaycana böyük məbləğdə gəlir gətirir. 
 


2020-ci ildə Azərbaycan ixracatçıları fındığın bir kiloqramını 6,16 dollardan satıb. İl ərzində 18 893 ton fındıq satan ölkəmiz bundan 116,33 milyon dollar qazanıb. 

2021-ci ilin yanvar-fevral ayları ərzində fındığın bir kiloqramı 6,23 dollardan satılıb. İlk 2 ayda 3 091 ton fındıq satan ölkəmiz bundan 19,265 milyon dollar gəlir əldə edib. 

Son illərdə genişləndirilən fındıq bağlarının faydasını Azərbaycan yaxın 5-10 ildə görəcək. Çünki bu bağlar tezliklə məhsul vermir. Ölkəmizdə olan bağların 95 faizə qədəri ənənəvi üsulla salınan bağlardır ki, bunlardan da ilk dəfə 6-cı ildə fındıq toplamaq olur. Fındıq bağları məhsuldar səviyyəyə 16-cı ildə çatır. Məhsuldar dövrdə hər hektardan 1,5-2 ton fındıq toplamaq mümkündür. Azərbaycanın fındıq bağlarının əksər hissəsi yeni salındığından məhsuldarlıq tədricən artacaq və fındıq istehsalı yaxın gələcəkdə hazırkı göstəricidən 2 dəfə yüksək olacaq. 

Ölkəmizin fındıq istehsalının və ixracının dinamikası göstərir ki, son 10 ildə xaricə satılan fındığın həm miqdarı, həm də dəyəri artıb. Aydın görünür ki, fındığın dəyərinin yüksək olması və bu məhsula tələbin böyük olması onun istehsalına marağı artırır. 

Qeyd edək ki, Azərbaycan artıq tanınmış fındıq istehsalçılarından biri kimi tanınır. Buna görə də sadəcə qabığı təmizlənməmiş fındıq yox, həm də qabıqlı fındıq ixracını da artırır. 2016-cı ildə 50 ton qabıqlı fındıq satan ixracatçılar ötən il 1 025 ton qabıqlı fındıq ixrac edib. 

Fındıq ixracının artması bazarların şaxələnməsi hesabına mümkün olub. Fındıq ənənəvi bazarlarla yanaşı Avropa İttifaqı ölkələrinə, ABŞ-a da ixrac edilir.

Ümumilikdə, fındığa dünyada tələb artmaqdadır. 2015-ci ildə dünyada 216 min ton qabığı təmizlənən fındıq idxal edildiyi halda 2019-cu ildə idxalın miqdarı 23 faizdən çox artaraq 266 min tona çatıb. Eynilə qabıqlı fındıq idxalı da artıq. Müqayisə edilən dövrdə dünyada qabıqlı fındıq idxalı 22 min tondan 36 min tona qədər yüksəlib. Qabıqlı fındıq idxalında artım 60 faizdən çoxdur. 

İdxalla müqayisədə istehsaldakı artım 20 faiz olub. Tələbin daha sürətlə artması fındığın dəyərinin yüksək səviyyədə qalmasına səbəb olur. 

Buna görə də Azərbaycan hər il fındıq bağlarını artırmağa çalışır. Aşağıdakı cədvəldə illər üzrə Azərbaycandan qabığı təmizlənən fındığın ixracı ilə bağlı məlumat əksini tapıb. Bu məlumatdan görünür ki, fındığın həm qiyməti, həm də ixrac miqdarı artdığından onun satışından əldə edilən gəlir də yüksəlir. 



Vasif
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Günlük 80-100 manata olan evlər indi 30-50 manata təklif olunur" - Kirayə mənzil bazarında son durum

Üzü yaya doğru daşınmaz əmlak bazarında kirayə və satış üçün nəzərdə tutulan mənzillərin qiymətlərində dəyişikliklərin olduğu bildirilir.   Maraqlıdır, m...

Dünyada tələb çoxalır - Azərbaycanın gəlirləri yaxın 5-10 ildə kəskin artacaq

Azərbaycanda son illərdə fındıq bağlarının sahəsi davamlı genişləndirilir. Qısa müddətdə fındıq bağlarının sahəsi 2 dəfədən çox genişləndirilib. 2011-ci ildə 29...

Prezidentin bu gün imzaladığı SƏRƏNCAM nələri dəyişəcək? - Azərbaycanın 16 rayonunda...

Azərbaycanda günəş elektrik stansiyalarının sayı və istehsal gücü ildən-ilə artır.    2013-cü ildə günəş stansiyalarının ümumi istehsal gücü 1 MVt o...

Azərbaycanda ərzaq malları bahalaşmağa davam edəcək? - İlin ikinci yarısında...

2020-ci ildə olduğu kimi 2021-ci ildə də ərzaq mallarının qiymətindəki artım sürəti qeyri-ərzaq və pullu xidmətlərin dəyərindəki artımdan daha böyükdür.  ...

Azərbaycanda paradoksal vəziyyət: “Bazarlarda qiymətlər enməlidir, amma...”

Hər il Azərbaycan kənd təsərrüfatı istehsalında davamlı artıma nail olsa da yeyinti məhsullarının idxalı azalmır, əksinə ildən-ilə artır. Aqrar məhsulların is...

Şirkət rəhbərləri dövlət resurslarını şəxsi malı kimi necə mənimsəyir? - Milyardlıq “tender oyunları”

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin fəaliyyətini tənqid edib...