Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
 Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

"Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə qurtardı", - Tarasov deyib.

Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq.

Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyə cavab verməsi alimlər tərəfindən tamamilə təsdiq edilib, yoxlananılanların sağlamlığında problemlər müşahidə olunmur.

"Vaksinin təhlükəsizliyi təsdiq olunub. Bu vaksinlər indi bazarda olanların təhlükəsizliyinə uyğundur", - Lukaşev deyib. (report.az)

OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...