Dünyada ilk dəfə rəqəmsal imzayla siyasi petisiya imzalandı

Dünyada ilk dəfə rəqəmsal imzayla siyasi petisiya imzalandı
Dünyanın "texnologiya sahəsində pionerlər”dən biri kimi tanınan Estoniya dövləti vətəndaşlarının həyatının müxtəlif aspektlərdə rəqəmsal formata keçməsi üçün bir sıra imkanlar təklif etmişdir. Estoniyada son illərdə istifadəyə verilmiş e-Rezidentlik proqramı sübut edir ki, Estoniyanın "informasiya cəmiyyəti” həlləri qlobal təsirə malik ola bilər. Tamamilə rəqəmsal formatda siyasi petisiyanın imzalanması bu sahədə irəliyə doğru yeni sıçrayışa səbəb oldu.

Sfera.az xəbər verir ki, Estoniyada təhsil alan bir qrup gənc Estoniyanın rəqəmsal həllərindən ilhamlanaraq, fiziki yaşayış yerindən və ya vətəndaşlığından asılı olmayaraq dünyanın hər yerindən insanların cəlb olunması məqsədilə tamamilə rəqəmsal siyasi petisiyanı başlatdı.

2020-ci il 17-18 oktyabr tarixlərində 30-dan artıq ölkənin vətəndaşı öz milli rəqəmsal şəxsiyyət vəsiqələri və e-Rezidentlik kartlarından istifadə edərək rəqəmsal formatda öz siyasi iradələrini ifadə etmək üçün rəqəmsal imzalarını atdılar.

Heç kimə sirr deyildir ki, onlayn petisiyalar müasir dövrün geniş yayılmış təcrübəsi hesab edilir. Change.org kimi bir çox platformalar hər kəsə onlayn petisiya həllərini təklif edir. Lakin bu rəqəmsal siyasi petisiya özündə iki innovasiyanı əks etdirir:
1. Siyasi petisiya qanuni olaraq əl imzasına bərabər tutulan təkmil elektron imzalar ilə imzalanmışdır.

2. Estoniyanın e-Rezidentləri özlərinin e-Rezidentlik ID kartları (ID-cards), mobil ID (Mobile ID) və ya smart ID kartlarından istifadə edərək hüquqi öhdəlik daşıyan rəqəmsal imzaları ilə bu siyasi petisiyanı imzalamışlar.

Bu fakt sübut etdi ki, indi vətəndaş cəmiyyəti Estoniyanın innovativ platformasından və e-Rezidentlik proqramından istifadə etməklə dünyanın hər yerindən olan insanların siyasi mövqelərini qanuni şəkildə ifadə etməyə qabildir. Bu, həm də son illərin elektron iştirakının "ən yaxşı təcrübələri”ndən biri ola bilər.

Estoniya, Latviya, Litva, Yaponiya, Almaniya, İsveç, Finlandiya, Filippin, Bolqarıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Azərbaycan, Pakistan, Hindistan, İran, Türkmənistan, Rusiya, Misir, İordaniya, Kenya, Birləşmiş Krallıq, Meksika, Makedoniya, Albaniya, Uqanda, El-Salvador və digər ölkələrin sakinləri BMT Təhlükəsizlik Şurasının üzvü olan Estoniya hökumətinə ünvanlanmış siyasi bəyanatı rəqəmsal imzalayaraq, Ermənistan Respublikasının törətdiyi beynəlxalq hərbi cinyatələrə qarşı tədbir görülməsini tələb etmişlər.

Estoniyanın BMT Təhlükəsizlik Şurasında bəyan etdiyi "Estoniya kiçik bir dövlət kimi ümumi qaydalara və beynəlxalq hüquqa əsaslanan dünya düzənində maraqlıdır” prinsipini nəzərə alan siyasi petisiya BMT-nin digər bir üzvünün – Azərbaycanı dəstəkləməsi məqsədilə Estoniya hökumətinə göndərilmişdir.
Petisiya 2020-2021-ci illərdə BMT Təhlükəsizlik Şurasının fəal üzvü kimi Estoniya Respublikası Hökumətini səsini ucaldaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri pisləməyə və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin işğalına beynəlxalq hüquq norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında tezliklə son qoyulmasını tələb etməyə çağırır. Petisiyada deyilir: "Estoniya cəmiyyəti və dövlət nümayəndələri həmişə Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü dəstəkləmişlər. Biz onların Azərbaycana da eyni münasibət göstərəcəklərini və israrla bu mövqelərini müdafiə edəcəklərini gözləyirik”.

Siyasi petisiyanın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: //bit.ly/digitally_signed_political_statement
Bu aksiya Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası (AYAFE) və Estoniyada Təhsil Alan Azərbaycanlı Tələbələr İcmasının təşəbbüsü ilə həyata keçirilir.

Bu siyasi petisiyaya qoşulmaq istəyirsinizsə, aşağıdakı e-mail vasitəsilə əlaqə saxlayın: [email protected]  

OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...