Dünyada ilk dəfə: Nobel mükafatı iki dəfə veriləcək

Dünyada ilk dəfə: Nobel mükafatı iki dəfə veriləcək
İsveç Kral Akademiyası bu il ədəbiyyat sahəsində Nobel mükafatını iki nəfərə təqdim edəcək. Bu, dünyada ilk dəfə yaşanacaq olay olacaq.
 
Qərarın səbəbi ötənilki Nobel ədəbiyyat mükafatının seksual qalmaqallar, qaliblərlə bağlı məlumatların sızdırılması və maliyyə fırıldaqları ilə bağlı olaraq kimsəyə təqdim olunmamasıdır.
 
Qalmaqalın səbəbkarları İsveç Kral Akademiyasının üzvü, şair Katarina Frostenson və onun əri, 72 yaşlı Jan-Klod Arnodur. Hər şey Arnonun seksual qısnamalarda suçlanmasından başladı. Daha sonra isə bəlli oldu ki, Arno Nobel ədəbiyyat mükafatının laueratları rəsmi şəkildə bəyan edilənədək onların adlarını dəfələrlə sızdırıb. Məsələn, o, 2015-ci ildə Svetlana Aleksieviçə, 2016-cı ildə isə Bob Dilana mükafat verildiyi haqqında əvvəlcədən məlumatlar yayıbmış.
 
Frostenson isə ərinin mədəiyyət mərkəzinə subsidiyalar ayrılması üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib.fins

OXŞAR XƏBƏRLƏR