Dünyada ikinci olan Ağdam çörək muzeyi haqda İNANILMAZ FAKTLAR - VİDEO

Dünyada ikinci olan Ağdam çörək muzeyi haqda İNANILMAZ FAKTLAR - VİDEO
Dünyada ikinci, MDB-də isə birinci və yeganə hesab edilən Ağdam Çörək Muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və 1983-cü il noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul etmişdi.

 

Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsllərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi. Yerli mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunurdu. Kompleksə karvansaray da daxil idi. Sovet dönəmində "Dəyirman həyəti” adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilir.


Dəyirman 1987-ci ildə tam işlək vəziyyətə gətirilir.


Muzeydə aparılan tərtibat işlərini Mədəniyyət nazirliyin bədii tərtibat idarəsinin əməkdaşı Eduard Krupkinin rəhbərlik etdiyi qrup həyata keçirir. Nümayəndə heyətinə isə muzeylər idarəsinin rəisi Səriyyə İsmayılova rəhbərlik edir.


1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, əslən ağdamlı Çimnaz Əliyeva Teleqraf.com-a müsahibəsində xatırladıb ki, ilk çörək muzeyi Almaniyanın Ulm şəhərində açılıb.


""İzvestiya" qəzetində yazı dərc olunmuşdu ki, Almaniyada belə bir muzey fəaliyyət göstərir. Bizim Ağdamda köhnə dəyirman binası var idi. O bina ikinci dünya müharibəsi dövründə Ağdamı elektriklə təmin edirdi. Dəyirman köhnəlmişdi, uçulub dağılmışdı.


Qərara gəldik ki, dəyirmanın bazasında çörək muzeyi yaradaq. Əsas eksponat da dəyirmanın özüdür. Sadıq Murtuzayevin göstərişi ilə qısa müddətdə dəyirman bərpa olundu.

 

Hətta dəyirman elə bərpa olundu ki, gündə 10 ton buğda üyüdə bilirdik. Muzeyə çox qısa müddət ərzində 1500-dən çox eksponat toplandı. Bütün rayonların partiya komitələrinə, digər respublikalara müraciət etdik. Səsimizə səs verdilər. Hətta kosmonavtların yedikləri çörəkləri də əldə etmişdik, ekspozisiyada nümayiş olunurdu".


Çimnaz Əliyeva xatırladıb ki, ən əsas qiymətli eksponatlardan biri Ağdamın Çalağantəpə ərazisindən tapılan, eramızdan 7 min əvvələ aid olan yanmış buğda dənələri idi: "Respublikaların, zonaların ayrı-ayrı lavaşları, çörək nümunələri, taxıl növləri, qədimdən qalma əkinçilik alətləri nümayiş olunurdu. 3 ekspozisiya zalımız var idi.

 

Leninqrad blokadası dövründə bir qadın övladının sutkalıq çörək payını saxlamışdı. Gəlib 3 yaşlı övladının çörək payını almağa, uşaq ölüb. O çörəyi yeyə bilməyiblər, 40 ilə yaxın saxlayıblar. Rusiya kanalında bizim muzey haqqında süjet gedəndən sonra bu qadın bizə məktub yazdı. Biz onu Ağdama dəvət etdik. Qadın çörəyi muzeyimizə təqdim etdi".


O, Ağdam Çörək muzeyini yenidən bərpa olunmasını istədiyini qeyd edib: "O muzeyin hər daşında, hər çınqılında, eksponatında əziyyətim var. Bərpa olunmasını çox arzu edirəm. Elə həmin binada bərpa edəcəyik. Ora gözümüzün qarşısında yandı... Xilas edə bilmədik".


Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində hədəf götürmüşdü. Qarabag üzrə rayonlararası prokurorluğun baş müstəntiqi işləyən Zahid Vəliyev 64525 №li cinayət işinin materiallarında qeyd edilir ki, 12 avqust 1992-ci ildə Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri tərəfdən güclü raket və top atəşinə tutulmuş, nəticədə raketlərdən biri Çörək Muzeyinə düşmüşdü. Məhz bu mərmi muzeyin varlığına birdəfəlik son qoyası oldu. Yanğını söndürməyə cəhd göstərilsə də, bu, mümkün olmur. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olur…


 



OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...