“Dünyada ən gözəl xəbər qələbə müjdəsidir”- Zəngilanlı tanınmışların sevinc hissləri

“Dünyada ən gözəl xəbər qələbə müjdəsidir”- Zəngilanlı tanınmışların sevinc hissləri

Xəbər verdiyimiz kimi ötən gün Ali Baş Komandan Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkarı, Şərifan, Muğanlı kəndlərinin işğaldan azad olunması xəbərini verdi.


Sfera.az əslən Zəngilandan olan tanınmış ictimaiyyət nümayəndələrinin qələbə xəbəri ilə bağlı hiss və düşüncələrini təqdim edir:


BDU-nun jurnalistika fakültəsinin professoru, əslən Zəngilandan olan Qulu Məhərrəmli dünyada ən gözəl xəbərin qələbə müjdəsi olduğunu qeyd edib:


 


"Əks-hücum əməliyyatlarımız nəticəsində indiyədək işğal altında olan bəzi torpaqlarımız düşmən tapdağından xilas edilib. Bu gün isə xüsusilə Füzulinin, Cəbrayılın, Xocavəndin bəzi kəndləri ilə yanaşı, Zəngilan şəhəri və bir neçə kəndinin azad olunmasına sevindik. Çox qeyri-adi hisslər keçirirəm. Deyəsən, dünyada ən gözəl xəbərlərdən biri qələbə xəbəridir.


Bu qələbəyə görə ordumuza, xalqımızın sarsılmaz birliyinə minnətdaram. Savaş meydanındakı uğurlarımız xalqımızın döyüş ruhunun, mənəvi birliyinin sarsılmazlığından xəbər verir. Fikrimcə, biz ən yaxın zamanda bütünlüklə Dağlıq Qarabağı düşməndən təmizləyəcəyik”.


Azərbaycan şahmat millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov sevincinin hədsiz olduğunu bildirib:



"Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi hüdudu yoxdur. Təşəkkür edirik, ali baş komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Azərbaycanın olacaq!”.


Tarixçi alim Nəsiman Yaqublu işğalda olan digər torpaqların da azad olunması xəbərini arzulayaraq bütün zəngilanlıları təbrik edib:



"Zəngilan şəhərinin və bəzi kəndlərin erməni işğalından azad edilməsi münasibəti ilə bütün Azərbaycan xalqını və zəngilanlıları təbrik edirəm. Tezliklə işğal

altında olan digər bölgələrimizin də azad edilməsi xəbərini eşidək”.

 

Nəqliyyat eksperti Elməddin Muradlı sonuncu dəfə 12 yaşında Zəngilanda olduğunu və bundan sonra daha rahat nəfəs ala biləcəyini deyir:



"Zəngilan şəhərinin Babaylı kəndində anadan olmuşam və dünən də prezidentin elan etdiyi kimi artıq bu kənd azaddır. Mən 12 yaşımda Zəngilandan çıxmışam. Füzuli işğal olunandan sonra biz mühasirəyə düşdük və Arazdan İrana keçib xilas ola bildik. Baxmayaraq ki, oradan 12 yaşımda çıxmışam, amma Zəngilanla bağlı çox böyük xatirələrim var.

 

Bu gün mənim övladlarım da həmin kənd haqda yetərincə bilgilidirlər. Onlara evimiz haqda, Zəngilan haqda çox danışmışam. Bizə bu sevincli xəbəri yaşatdığına görə Ali Baş Komandana, müzəffər ordumuza təşəkkürd edirəm. Çox yaxın günlərdə artıq o torpaqlara qayıdıb, bundan sonra rahat nəfəs almaq istəyirik. Son olaraq isə bütün zəngilanlıları, soydaşlarımızı təbrik edirəm”.

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...