Dünyada 14 milyondan çox milyonçu var

Dünyada 14 milyondan çox milyonçu var

Almaniya 3-cü yerdədir.

2014-cü ildə dünyada milyonçuların sayı 1 milyon nəfər artaraq, 14, 6 milyon nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə "RBC Wealth Management" və "Capmegini" şirkətlərinə birgə hazırladığı hesabatda deyilir.

Hesabatda vurğulanır ki, milyonçularının sayına görə, ABŞ 1-ci yeri tutub: 4 milyon 351 min.

Digər yerlərdə müvafiq olaraq, 2 milyon 452 min nəfərlə Yaponiya, üçüncü yerdə isə 1 milyon 141 min milyonçu iləAlmaniya qərarlaşıb.

Bundan əlavə, Rusiya, Braziliya, Meksika və Hollandiyada yaşayan milyonçuların sayı 2013-cü illə müqayisədə azalıb.


OXŞAR XƏBƏRLƏR