\"Türkiyəni məhv edərik\" deyən Tramp susduruldu

\
Türkiyəni iqtisadi sanksiyalarla hədələyən ABŞ prezidenti Donald Trampın cavabı verildi. Prezident Rəcəb Tayyib Ərdoğanın sözcüsü İbrahim Kalın "kürdlərə hücum edərsə Türkiyəni iqtisadi cəhətdən məhv edəcəyik" "tweet"ini yazan ABD liderinin sözlərinə sərt reaksiya verib.

Kalın cavabını da "Twitter" dən verib. "Suriyalı kürdləri PKK ilə bir tutmaq ölümcül xətadır. Türkiyə kürdlərlə yox, terrorçularla savaşır. Kürdləri və suriyalıları bütün terror təhdidlərindən qoruyacağıq. 

Terrorçular sizin müttəfiqləriniz ola bilməz. İŞİD, PKK, PYD və YPG arasında heç bir fərq yoxdur. Onlara qarşı savaşa davam edəcəyik". 

Prezident sarayının mətbuat xidmətinin rəhbəri Fahrettin Altunun da cavabaı özünü çox gözlətməyib. O, Türkiyənin kürdlərin düşməni yox, hamisi olduğunu deyib. "Kürdlərlə heç bir problemimiz yoxdur. Bizim məsələmiz PKK terror təşkilatı və onun Suriyadakı qollarıdır".

Xatırladaq ki, bir müddət öncə Trampın müşaviri Con Bolton ABŞ ordusunun Suriyadan çıxarılması üçün kürdlərin təhlükəsizliyinə dair Ankaradan zəmanət istənilməsi ilə fikirlər səsləndirmişdi. Ərdoğan Boltonun sözlərinə sərt reaksiya vermiş, hətta onu qəbul etməkdən də imtina etmişdi.

"Boltonun verdiyi mesajı bizim qəbul etməyimiz, udmağımız mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşım kimdir, YPG PKK kimdir, tanımırlar. PKK-YPG-PYD mənim kürd qardaşlarımın təmsilçisi ola bilməz. Əgər ABŞ  bunları kürd qardaşlarımız kimi görürsə böyük yanlışlığa yol verir.

Biz bu terror qruplaşması üzvlərinin istər kürd, istər ərəb, istərsə də türk vətəndaşlarımızın içərisindən çıxmasına baxmayaraq lazım olanı edərik. Terrorçular kürddür, onlara toxunmayaq - belə şey olmayacaq. Terrorçudursa, nə lazımdırsa, ediləcək. Bolton çox ciddi bir səhv etmişdir. Suriyadakı terror koridoru daxilində yer alanlar lazımı dərsi alacaqdır”


OXŞAR XƏBƏRLƏR