Tramp Türkiyəni hədələdi: Məhv edəcəyik, əgər... - SAVAŞ ÇIXARDACAQ SÖZLƏR

Tramp Türkiyəni hədələdi: Məhv edəcəyik, əgər... - SAVAŞ ÇIXARDACAQ SÖZLƏR
Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacaq.
 
Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
"Kürdlərin mövqelərinə hücum edəcəkləri halda, biz Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. İyirmi mil enində təhlükəsizlik zonasını yaratmaq lazımdır. Eyni zamanda mən istəmirəm ki, kürdlər Türkiyəni, Suriyanı, Rusiyanı və ya İranı təhrik etsinlər. Onlar İŞİD-in dağıdılmasına ən böyük töhfə verdilər. Biz bunun üçün onlara minnətdarıq, amma indi qoşunları evə qaytarmaq lazımdır”, - Amerika prezidenti yazıb.
Yanvarın 11-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Amerika qoşunlarının çıxarılmasından sonra Suriya kürdləri çox çətin vəziyyətdə olacaqlar. Onun sözlərinə görə, Vaşinqton kürdlərə hücum etməyəcəyi barədə Ankaranın zəmanət verməsinə bel bağlayır.
 
Amerika məmurlarına istinadən "Reyters” agentliyi ötən ilin dekabrın sonunda yazırdı ki, ABŞ-ın hərbi komandanlığı Ağ Ev üçün tövsiyələr hazırlayır. Tövsiyələr qəbul olunarsa, kürd qruplaşmaları Birləşmiş Ştatlardan zirehli texnika, minaatanlar və tank əlehyinə raket kompleksləri ala bilərlər.
 
Qeyd edək ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesinə yanvarın 11-də başlanılıb. ABŞ Prezidenti Donald Tramp 2018-ci il dekabrın ortalarında Suriyada İŞİD üzərində qələbəni elan edib və bildirib ki, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi.
Türkiyə isə hazırda Suriyanın şimalında terror təşkilatlarına qarşı əməliyyata hazırlaşır.Publik

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hotelçilər üçün təlimlərə start verildi - FOTO

Dövlət Turizm Agentliyinin dəstəyi ilə "Azərbaycan Hotel Assosiasiyası" qonaqpərvərlik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə "İxtis...

"Qərb ölkələrinin liderlərini inandırmağa çalışacağam ki..." - Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı münaqişənin həlli üçün yeni addım atacağını açıqlayıb.   Sfera.az bildirir ki, o, bu barədə &nb...

Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Linkoln”ə (Cəbəllütariq) qarşı keçirəcəyi oyununun hakim...

Bayden yenidən koronavirusa yoluxdu - Həkimindən AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden yenidən COVİD-19-a yoluxub.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Ağ Ev açıqlayıb.  ...

İlham Əliyev dəyirmi masada iştirak edir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və əlaqə&rd...

"Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, onlar da..." - Osman Gündüz provayderləri sərt TƏNQİD ETDİ

“Dövlət və özəl provayderlər sanki yarışa girməklə, sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən-birə 40% qaldırmaq istəyi...