Birləşmiş Millәtlәr Tәşkilatı mәlumat yaydı

Birləşmiş Millәtlәr Tәşkilatı mәlumat yaydı

Bu barәdә BMT-nin  diplomatik mәnbәlәrindәn әldә olunan mәlumatda bildirilib.

Birləşmiş Millәtlәr Tәşkilatı mәlumat yaydı


Birləşmiş Millәtlәr  Tәşkilatının baş katibi Antonio Quterreş  BMT Təhlükəsizlik Şurasından Yəmənin Hudeydә şәhәrindә  әldә olunan atəşkəsin nәzarәt edilmәsi  üçün bölgəyə müşahidəçilərdәn ibarәt bir heyәtin göndәrilmәsini tәlәb edib.


Bu barәdә BMT-nin  diplomatik mәnbәlәrindәn әldә olunan mәlumatda bildirilib. Mәlumata әsasәn, keçәn ay Yəmən hökuməti ilə Husiler arasında İsveçin paytaxtı Stokholmda baş tutan  görüşlәrdәn sonra әldә olunan әtәşkәsә dair razılaşmanın dәstәklәnmәsi üçün BMT Təhlükəsizlik Şurasından bölgəyə 75 beynəlxalq müşahidəçinin  göndərilməsi tələb edilib.

 

BMT Təhlükəsizlik Şurası ötən ay  atəşkəsin dəstəklənmәsi üçün  bölgәyә beynәlxalq müşahidәçilәrdәn ibarәt heyәt göndәrmişdi. Göndәrilәn heyәtin silahsız olduğu bildirilmişdi.

 

Diplomatik mənbələrə әsasәn, hazırda Hudeydedә tәhlükәsizlik problemlәri sәbәbindәn  16 müşahidəçi var.

 

Husiler və Yəmən hökuməti dekabrın 6-da başlayan vә 13-dә sona  çatan danışıqların ardından Yəmən xalqı üçün həyati əhəmiyyət daşıyan Hudeydә şәhәri  ilә bağlı razılıq әldә edildiyini bildirmişdi. Bölgәdә atәşkәs rejimi dekabrın 18-dә qüvvәyә minmişdi.

 

 

BMT-nin mәlumatına  görə, dünyanın ən böyük humanitar böhranlarından birinin yaşandığı  Yəməndə 14 milyon insan әrqaz qıtlığı  riski ilə qarşı-qarşıyadır.  Ölkədə 22 milyondan çox insan humanitar yardıma  möhtacdır.


Qeyd edәk ki, Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri  2014-cü ildәn etibarәn Husilәrin nәzarәtindәdir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Bu il Azərbaycanın ixracında azalma, idxalında isə artım müşahidə edilir.   Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin...

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.   Sfera.az xəbər verir ki, A...

Külli miqdarda borcu olduğu deyilən kişinin meyiti tapıldı

Beyləqanda kişi meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində baş verib.   Onun meyiti qəsəbədəki yardımçı...

İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Vio...

Prezident Lüksemburqun Baş naziri ilə GÖRÜŞDÜ - FOTO + YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciəti əsasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb. ...

İlham Əliyev Viktor Orbanla söhbət etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə ...