Ərdoğan Trampın müşaviri ilə görüşdən imtina etdi

Ərdoğan Trampın müşaviri ilə görüşdən imtina etdi
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinin mili təhlükəsizlik məsələlər üzrə müşaviri Con Boltonun təklifini qəbul etməyib”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O bildirib ki, buna səbəb onun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub.

Con Bolton Türkiyəyə səfərdən əvvəl İsraildə olub və bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçiləri həmin bölgədən çıxmayacaq.

O, Ankarada İbarhim Kalın, Türkiyə xarici işlər nazirinin müavini, MİT başçısının müavini ilə görüşüb. Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etdikdən sonra Con Bolton ölkəsinə qayıdıb. 

Rəcəb Tayyib Ərdoğan C.Boltonun açıqlamasına cavab olaraq deyib: "Boltonun mesajını udmağımız mümkün deyil. Bizim üçün YPG, PKK, PYD ilə İŞİD arasında heç bir fərq yoxdur. Terrorçulardan başqa indiyədək hansı kürd öldürülüb? Hazırda Suriyanın Kobani bölgəsindən olan 200 min kürd Türkiyəyə sığınıb. Suriyada türklərin kürdləri hədəfə alması ən alçaq iftiradır. PKK/YPG-PYD-nin İŞİD-ə qarşı mübarizə apardığı da ağ yalanlardandır. İŞİD-lə PKK/YPG-PYD terrorçu qruplaşmaları arasında münaqişə mənfəət uğrunda baş verir”.

Report.az


OXŞAR XƏBƏRLƏR

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri GENİŞLƏNDİRİLDİ

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “...

Əhməd Əhmədovun növbəti məhkəmə prosesi TƏXİRƏ SALINDI

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.   Sfera.az xəbər veri...

Məşhur vlogger dəhşətli qəzada öldü - FOTO

Dünyaca məşhur, rusiyalı youtuber və moto vlogger Tatyana İvanovna Ozolina Türkiyə turu çərçivəsində Muğlaya gedib. Milas-Söke yolunda hərəkət edən fenomen...

Birbank Biznes-dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə

Birbank Biznes sahibkarlar üçün biznes proseslərini asanlaşdırmağa davam edir. Belə ki, müştərilər artıq sərəncam ödənişlərini də Birbank Biznes mobil tətbiqind...

Məşhur aktrisa çəkiliş zamanı yıxıldı – Vəziyyəti...

Türkiyənin məşhur aktrisası Birce Akalay ilk sezonu çox bəyənilən "Qəbiristanlıq" serialının yeni bölümləri üçün çəkiliş meydançasına çıxıb. Çəkiliş z...

Netanyahu: "Qəzzadakı girovlarınazad edilməsi üçün razılığa gəlmək mümkündür"

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan girovların azad olunmasını təmin edəcək razılaşmanın yaxın vaxtlarda mümkün ola biləcəyini deyib. &...