İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub

Bu gecə İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

 

Zəlzələnin episentri təxminən 244 min nəfər əhalisi olan Qorqan şəhərindən 46 kilometr şərqdə yerləşib.

 

Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.


OXŞAR XƏBƏRLƏR