Komanda yoldaşını ayıdan xilas edən gənc güləşçinin hekayəsi - FOTOLAR


Komanda yoldaşını ayıdan xilas edən gənc güləşçinin hekayəsi - FOTOLAR

İndiyə qədər dostluqla bağlı çoxlu hadisələrin şahidi olmuşuq. Bəzilərinə “Afərin”, bəzilərinə “Ayıb olsun” deməklə kifayətlənmişik.
 

Haqqında danışacağımız hekayə isə sizi “Dost da sizin kimidir” deməyə vadar edəcək nümunədir.


Sfera.az bildirir ki, güləşlə məşğul olan kollec tələbəsi Kendell Cummings (Kaminqs) komanda yoldaşını boz ayıdan xilas edib.

 

Bəs, bu necə oldu və Kaminqs hücumdan sağ çıxdı?
 

2022-ci ilin oktyabrında ABŞ-ın Vayominq ştatında baş verən hadisə Kamminqin həyatı boyu heç vaxt unutmayacağı hadisə idi.
 

Cody yaxınlığında gəzintiyə çıxan güləş komandasının üzvləri Kendell və onun komanda yoldaşı Bredi Louri boz ayının hücumuna məruz qalıb. Qəzəbli boz ayı əvvəlcə komanda yoldaşına tərəf dönüb, lakin Kamminqs hərəkətə keçdi.
 

Gənc pəhləvan qaçmaq əvəzinə, cəsarət və fədakarlığın ən parlaq nümunələrindən birini göstərib . O, ayını dostundan uzaq tutmaq üçün ayının qulağını tutub dartmaqla diqqətləri üzərinə çəkməyi bacarıb.
 

Kamminqin sözlərinə görə, bu hərəkətdən sonra ayı ona çox sürətlə hücum edib. Kamminqs yerə yıxılaraq qısa müddətə ayının çənəsini tutub. Daha sonra ayı qəfildən Kamminqsdən ayrılaraq hadisə yerindən qaçıb.
 

Ağır yaralanan Kamminqs yenidən öz yaralarını deyil, dostunu düşünüb. O, komanda yoldaşını çağırmaq üçün ayağa qalxanda növbəti dəfə ayının hücumuna məruz qalıb. Bununla belə, həm komanda yoldaşı Louri, həm də Kamminqs sağ qalıb.
 

Ayı hücumundan sonra Kamminqs üzündə, sol qolunda və ayağından ciddi yaralar alıb. Gəncin başında onlarla tikiş var idi və çapıqlarını çıxarmaq üçün plastik əməliyyat da etdirib.


Louri o gün həyatını xilas etdiyi üçün Kamminqə min dəfə təşəkkür edir. Güləşi davam etdirən Louri hətta, bu hadisədən sonra qatıldığı turnirdə 5-ci olub.
 

Kamminqsin qəhrəmanlıq hərəkətini yüksək qiymətləndirən Güləş Baş məşqçisi Jim Zeigler:
 

“Bu hadisə bura gələn insanlar üçün mükəmməl bir nümunədir. Bizim belə bir mədəniyyətimiz var. Nə olursa olsun, bir-birimizin qayğısına qalırıq”-deyə bildirib. O, Kamminqsi təbrik edib.
 

Əslində Kamminqin qəhrəmanlığı güləş komandasında yoldaşlıq hissini gücləndirib və komandada möhkəm ailə mədəniyyətinin formalaşmasına səbəb olub.
 

Bundan əlavə, Kendell Kamminqə göstərdiyi qəhrəmanlığa görə “Karnegi Qəhrəmanlıq Medalı” təqdim edilib. Bu medal Şimali Amerikanın mülki qəhrəmanlığa görə ən yüksək mükafatı hesab olunur. Bu barədə müsahibəsində, Kamminqs çox təvazökar cavab verir: “Mən sadəcə etməli olduğum şeyi etdim”.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...