Trampın ailə biznesi birbaşa ABŞ hökuməti ilə işləməyəcək
21:35 / 10.12.2024
2286
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və ailəsinin biznesi hökumətlə birbaşa işləməyəcək.
Sfera.az xəbər verir ki, bunu onun oğlu və “The Trump Organization” şirkətinin icraçı vitse-prezidenti Erik Tramp “Reuters”ə müsahibəsində deyib.
O bildirib ki, bu öhdəliklər çox ciddidir və birinci dəfə etdiyi kimi, ikinci dəfə də bunu bacaracaq.
E.Tramp əlavə edib ki, hökumətlə birbaşa işləmək maraqların toqquşmasına səbəb olacaq.