Gündə ən azı 2 litr içirlər: Meksikada rəsmi olaraq su əvəzinə “Cola” istehlak edilməsinin səbəbi nədir?


Gündə ən azı 2 litr içirlər: Meksikada rəsmi olaraq su əvəzinə “Cola” istehlak edilməsinin səbəbi nədir?

Çiapas bölgəsindəki San Cristobal de las Casas şəhəri dünyada adambaşına “Cola” istehlakının ən çox olduğu yerlərdən biridir. Rayon əhalisi ildə 800 litrdən çox “Cola” içir. Üstəlik, demək olar ki, təmiz içməli su olmadığı halda... “Cola” içmək bir mədəniyyətə çevrilib. Lakin bunun bədəlini sağlamlığı ilə ödəyən yerli əhali üçün bu vərdiş günü-gündən daha təhlükəli hal alır.
 

Sfera.az bildirir ki, San Cristobal de las Casasda təmiz suya çıxış xüsusilə aztəminatlı ailələr üçün çox çətindir. Burada kran suyu da var, lakin güclü xlor dadına görə onu içmək demək olar ki, mümkün deyil.
 

Başqa bir variant, tanker suyu həm etibarsız, həm də baha başa gəlir. Belə olan halda rayondakı supermarketlərdə su ilə eyni qiymətə satılan “Cola” daha cəlbedici varianta çevrilməsi təəccüblü deyil.
 

Bir çox supermarketdə “Cola” sudan iki dəfə çox rəflərə malikdir və demək olar ki, hər yerdə asanlıqla tapılır.


 

Çiapas bölgəsindəki yerli insanlar üçün “Cola” zamanla mədəni simvola çevrilib. Yerli rituallarda və şaman təcrübələrində “Cola” hətta, bəzi xəstəlikləri “müalicə etmək” üçün nəzərdə tutulan içki kimi istifadə edilir.
 

Amma əslində bu qədər “Cola” istehlakı xalqın sağlamlığına ciddi təsir göstərir. Bölgədə şəkər istehlakı ilə bağlı bir çox xəstəlik, xüsusilə 2-ci tip şəkərli diabet tez-tez rast gəlinir və son 10 ildə diabetlə bağlı ölüm halları 60%-dən çox artıb.
 

San Cristobaldakı “Coca-Colazavodu yerli su təchizatından gündə milyonlarla litr su vurur. Şəhərdə təmiz içməli su olmadığı halda fabrik insanların gündəlik su ehtiyacından çoxunu qrunt sularından alaraq “Cola” istehsalında istifadə edir.
 

2020-ci ildə yerli əhali fabrikə etiraz edərək suyun onlar üçün istifadə olunmasını tələb etsə də, nəticəsi olmayıb.


 

“Coca-Cola”nın Meksikada güclü reklam kampaniyaları və keçmiş prezident Visente Foks kimi yüksək səviyyəli siyasi xadimlərlə yaxın əlaqələri “Cola”nın ölkədə yayılmasında böyük rol oynayıb.
 

“Coca-Cola” bu bölgədə təkcə içki deyil, həm də mədəni sərvət hesab olunur.
 

Brend yerli paltar geyinmiş modellərin yer aldığı reklamları və Meksika mədəniyyətini əks etdirən kampaniyaları ilə yerli insanları heyran etməyi də bacarıb.

 

Xanım
 


OXŞAR XƏBƏRLƏR

Eyni ad, eyni peşə və eyni görünüşlü iki yad şəxs DNT testi verdi - FOTO

Hamımız həyatda özümüzə bənzəyən birini tapmağı xəyal etmişik. Bəs bu adam sizinlə eyni peşəyə malikdirsə, eyni addadırsa və eyni əkizini kimidirsə? Sfera.az...

Buzlu Sibir dənizində 67 gün sağ qalmağı bacaran adamın inanılmaz hekayəsi - FOTO

Soyuq dənizlərdə keçirdiyimiz hər an yaşamaq mübarizəsini daha da çətinləşdirir. Okeanın ortasında 67 gün sağ qalmağı bacarsanız nə edərdiniz? Sfera.az bildi...

Diri-diri basdırılan kişi keçmiş iş adamını məhkəməyə verdi

ABŞ-ın Ayova ştatından olan inşaat işçisi Trevor Kilgore 2023-cü ilin iyununda səngərin çökməsi nəticəsində diri-diri torpağa basdırılıb. Bundan sonra o, keçmiş...

Komanda yoldaşını ayıdan xilas edən gənc güləşçinin hekayəsi - FOTOLAR

İndiyə qədər dostluqla bağlı çoxlu hadisələrin şahidi olmuşuq. Bəzilərinə “Afərin”, bəzilərinə “Ayıb olsun” deməklə kifayətlənmişik. &n...

Türkiyəni gözəl günlər gözləyir - Ərdoğan

Çətinliklər olsa da, Türkiyəni gözəl günlər gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb. &...

Sabah bəzi ərazilərdə işıqolmayacaq

"Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.  &nb...