"Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayacaq" - Lavrov

"Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayacaq" - Lavrov

"Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi yaxın vaxtlarda imzalanacaq".

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyi üzrə 2-ci Beynəlxalq Konfransın plenar iclasında deyib.

 

"Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin bağlanmasının yaxınlaşması Rusiya-İran münasibətlərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Qeyd etdiyim kimi, müqavilə yaxın gələcəkdə imzalanacaq", - Rusiyanın baş diplomatı bildirib.

 

Onun sözlərinə görə, müqavilə tərəflərin müdafiə sahəsində və həm regional, həm də qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə daha sıx əməkdaşlığa sadiqliyini əks etdirəcək.

 

Qeyd edək ki, oktyabrın 23-də Kazanda keçirilən BRICS sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşündə sazişin tezliklə bağlanacağını bəyan edib. İranın Rusiyadakı səfiri Kazım Cəlali daha əvvəl bildirmişdi ki, sənəd İran prezidentinin Rusiyaya ayrıca səfəri zamanı imzalanacaq.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...