Britaniya da İranın yüksəkrütbəli şəxslərini hədəf aldı


Britaniya da İranın yüksəkrütbəli şəxslərini hədəf aldı

Böyük Britaniya bu gün İranın yüksəkrütbəli hərbi şəxsləri və təşkilatlarına qarşı yeni sanksiya paketini elan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, İran ordusunun baş komandanı və İranın Ali Milli Təhlükəsizlik Şurasının üzvü Əbdülrəhim Musəvi, Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi, SEPAH sözçüsü Əli Məhəmməd Naini, SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazımi və daha üç şəxs sanksiyalara məruz qalıb. Onların Britaniyaya səyahətləri qadağan olunub və aktivləri dondurulub.

 

Bundan əlavə, iki quruma da sanksiya tətbiq edilib. Ballistik raketlərin hazırlanmasında istifadə edilə bilən kosmik daşıyıcı texnologiyalarını inkişaf etdirən İran Kosmik Agentliyinə və kruiz raketlərində istifadə oluna bilən mühərrik texnologiyalarını layihələndirən və istehsal edən Farzaneqan Hərəkət Sistemləri Dizayn Bürosu adlı quruma sanksiya tətbiq edilib.

 

Qeyd edək ki, bundan öncə Avropa Birliyi İrana qarşı sanskiyalar tətbiq edib. (Axar.az)


OXŞAR XƏBƏRLƏR

Zooparkdakı heyvanlar zəlzələyə reaksiyaları ilə təəccübləndirdilər - VİDEO

Aprelin 14-də San Dieqo zooparkında 5,2 bal gücündə zəlzələ baş verən zaman ziyarətçilər və zoopark işçiləri çox təsirli hadisənin şahidi olublar. Belə ki, bölg...

Pinqvin helikopter qəzasına səbəb oldu - FOTOLAR

Cənubi Afrikanın Quş adasında helikopter qəzaya uğrayıb. Karton qutuda olan pinqvin helikopterin qəzaya uğramasına səbəb olub.   Sfera.az bildirir ki...

Siyasətçi 14 il qadınları gizli kameralarla izləyib

Böyük Britaniyada gündəm qalmaqallı hadisə ilə çalxalanıb. Belə ki, keçmiş britaniyalı siyasətçi qadınlara aşağı qiymətə kirayə verdiyi mülklərə gizli kameralar...

Niyə hollandiyalılar evlərində pərdələrdən istifadə etmirlər?

Əgər siz nə vaxtsa Hollandiyanın küçələrini gəzmisinizsə və ya orada çəkilmiş sənədli filmə baxmısınızsa, bu, mütləq diqqətinizi çəkib. Pəncərələrin arxasında p...

Niyə qatarlarda təhlükəsizlik kəmərləri yoxdur?

Demək olar ki, qatarla səyahət edən hər kəs kresloda oturmaq, rahat ayağa qalxmaq və istədiyi kimi səyahət etmək həzzini yaşayıb. Qatarlarda təhlükəsizlik kəmər...

Daha iki futbolçu "Qarabağ"ı tərk edir

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.   Daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.   Ağdam təmsilçisi Amin Rama...