İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur
Dünya
21:59 / 01.10.2024
6054
İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
"İndiki mərhələdə biz İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun nəticələri olacaq:
"Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik". (Report)