Pulu necə xərcləmək lazımdır? – Zənginlərdən TÖVSİYƏ

Pulu necə xərcləmək lazımdır? – Zənginlərdən TÖVSİYƏ

Son zamanlar insanların əksəriyyəti pulunu idarə edə bilməməkdən şikayət edirlər və pulun dəyərinin azaldığını söyləyirlər.

 

Sfera.az dünyanın ən zəngin insanlarının pulu düzgün idarə etməklə bağlı olan məsləhətlərini təqdim edir:

 

Dünyanın ən zəngin insanlarından biri olan Varren Baffettə bildirib ki, ən yaxşı investisiya insanın özünə etdiyi investisiyadır.

 

“Təhsilə və bacarıqların inkişafına sərmayə qoyulmalıdır. Dünyanın ən zəngin insanlarının ortaq cəhətlərindən biri də qənaətcil olmaları və maddi imkanlarından aşağı səviyyədə yaşamalarıdır. Əlinizdə olan pulu səmərəsiz şəkildə xərcləmək əvəzinə yeni bir biznes qura bilərsiniz”.

 

Digər bir vacib tövsiyə isə investisiyaları kateqoriyalaşdırmaqdır. Beləliklə, bütün puldan bir istiqamətdə istifadə etmək olur. Məsələn, pulunuzu səhmlər, istiqrazlar, daşınmaz əmlak və ticarət kimi fərqli sahələrə yatıra bilərsiniz. Bu sizin pulu itirmə riskinizi azaldacaq, daha çox pul qazanma şansınızı isə artıracaq.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR