Harrisin populyarlıq baxımından Trump üzərində liderliyi artır - SORĞU
ABŞ prezidentliyinə namizəd Kamala Harris son debatdan sonra milli səviyyədə populyarlıq baxımından rəqibi Donald Trampı qabaqlayır.
Sfera.az xəbər verir ki, bu, Reuters və Ipsos-un sorğusundan irəli gəlib.
Sorğunun nəticələrinə görə, Harrisin reytinqi 47%, Trampın reytinqi isə 42% təşkil edir.
Debat haqqında ən azı bir şey eşitdiyini bildirən seçicilərin 53%-i Kamala Harrisin qalib gəldiyini bildirib. Donald Trampın qazandığı mövqeyi respondentlərin 24%-i bölüşür.
Bundan əlavə, respondentlərin 52%-i Trampın tədbir zamanı kəkələdiyini və inandırıcı görünmədiyini deyib.
İlk Tramp-Harris debatı sentyabrın 10-da baş tutub. Respublikaçı hələ inauqurasiyadan əvvəl Ukraynadakı münaqişəyə son qoyacağına söz vermişdi və Harris buna cavab olaraq Putinin Trampı “naharda yeyəcəyini” söyləyib.
Tədbirdən sonra CNN-in sorğusu müəyyən edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun rəqibi Kəmalə Harris arasında keçirilən seçki debatını izləyən amerikalı seçicilərin yarıdan çoxu (63%) Harrisin tədbirdə Trampdan “üstün olduğunu” düşünür.
İnci