Lukaşenko: Qarabağda baş verənlər yalnız Ermənistan rəhbərliyinin günahıdır

Lukaşenko: Qarabağda baş verənlər yalnız Ermənistan rəhbərliyinin günahıdır

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Qarabağda baş verən hadisələrdə günah yalnız Ermənistan rəhbərliyinin üzərinə düşür.


Sfera.az Rusiya mediasına istinadən xəbərverir ki, o, digər dövlət başçılarının susduğu və ya buna qarşı çıxdığı bir vaxtda ərazilərin Azərbaycana qaytarılmasını şəxsən rəsmi İrəvana təklif etdiyini vurğulayıb.


Belarus prezidenti əlavə edib ki, o, Ermənistan hakimiyyətini regionda sülhə çağırıb, lakin İrəvan Qarabağdan əl çəkməmək qərarına gəlib.


O qeyd edib ki, əvvəllər Azərbaycan prezidenti İlham Əliyevlə bu regionda hər şeyin sülh yolu ilə həllini müzakirə ediblər.


Lukaşenko Belarusun Ermənistana müxtəlif sahələrdə kömək etdiyini və “yaxşı münasibətlər” qurmağa çalışdığını, lakin İrəvanın Qərbə üz tutduğunu bildirib .


Xatırladaq ki, 2024-cü ildə Belarus və Ermənistan arasında münasibətlər pisləşməyə başlayıb. May ayında Lukaşenko Azərbaycanda olarkən və ölkə prezidenti İlham Əliyevlə görüşərkən o, Belarusun Qarabağın azad edilmiş ərazilərinin bərpasına kömək edə biləcəyini demişdi. Bundan sonra Ermənistan Minskdəki səfirini geri çağırıb , baş nazir Nikol Paşinyan isə Lukaşenkodan üzr istəməsini tələb edib.


Eyni zamanda, Paşinyan Ermənistanın KTMT-nin bütün qurumlarında iştirakını dayandırdığını bəyan edib.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...