Yer kürəsində maqnit qasırğası başlayıb
Rusiya Tətbiqi Geofizika İnstitutunun alimləri geomaqnit aktivliyin proqnozlaşdırılan artımını qeydə alıblar.
Sfera.az xəbər verir ki, onların məlumatına görə, Yerin maqnit sahəsində pozulma dərəcəsi G2 “orta” səviyyəsindədir. Monitorinq şkalası üzrə ən yüksək göstərici G5 “son dərəcə güclü”, ən aşağı göstərici isə G1 “zəif”dir.
Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) məlumatına görə, geomaqnit vəziyyətində dəyişiklik Bakı vaxtı ilə saat 07:00-da başlayıb. Bu zaman günəş küləyinin sürəti 350-dən təxminən 450 km/s-ə yüksəlib. 530 km/s-ə ikinci sıçrayış təxminən 13:00-da baş verib.
Bir gün əvvəl Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus çərşənbə axşamı axşam gözlənilən maqnit qasırğasının Yer kürəsini gələn cümə, sentyabrın 13-də bürüyəcəyini iddia edib .
Sentyabrın 7-də Günəşdən atılan plazma buludunun ötən gecə planetdən bir neçə dərəcə keçməsinə baxmayaraq, təhlükələr hələ də aradan qalxmayıb.
İnci
Sfera.az