Dubayda dünya rekorduna imza atacaq daha bir göydələn tikilir - FOTO
Dubayda dünyanın ikinci ən hündür göydələni olan Burj Əzizinin tikintisinə başlanılıb. Hündürlüyü 725 metr olan fenomenal binada 7 ulduzlu otel, restoranlar və dünyanın ən hündür gecə klubu yerləşəcək. Bundan əlavə, hər kəs qüllədə dəbdəbəli daşınmaz əmlak -mənzillər və digər istirahət obyektləri almaq imkanı əldə edəcək.
Sfera.az bildirir ki, layihəsi 131 mərtəbədən ibarət olan göydələndə daşınmaz əmlakın satışları 2025-ci ilin fevral ayında başlayacaq. Qiymətlər hələ açıqlanmayıb.
Bürc Əziz “qonşusu” 828 metrlik Bürc Xəlifədən sonra ikinci olmasına baxmayaraq, bir sıra dünya rekordlarınq imza atacaq:
dünyanın ən yüksək otel lobbisi (11-ci mərtəbə);
ən yüksək gecə klubu (126-cı mərtəbə);
ən yüksək müşahidə göyərtəsi (130-cu mərtəbə);
Dubayın ən yüksək restoranı (122-ci mərtəbə);
Dubaydakı ən yüksək otel otağı (118-ci mərtəbə).
Qeyd edək ki, layihə “Azizi Developments”ə məxsusdur, şirkətin təsisçisi və rəhbəri Mirvais Əzizi deyir.
Hazırda isə dünyanın ən hündür göydələni “Burj Xəlifə” (Dubay) olaraq qalır. “Burj Xəlifə”nin 160 mərtəbəsi yaşayış mənzillərindən tutmuş ofislərə, idman zallarına və restoranlara qədər hər şey üçün istifadə olunur. Binanın zirvəsi 95 km məsafədən görünür və bütün pəncərələrin yuyulmasına təxminən üç ay vaxt lazımdır.
Rekordlar siyahısında ikinci yeri hazırda Kuala-Lumpurda 679 metr hündürlüklə Merdeka (118) tutur.
Aysel
Sfera.az