Selena Qomez səhhətindəki problemlərdən danışdı: “Uşaq dünyaya gətirə bilmərəm”

Selena Qomez səhhətindəki problemlərdən danışdı: “Uşaq dünyaya gətirə bilmərəm”

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətindəki problemlərdən açıq danışıb.
 

Sfera.az bildirir ki, hazırds sənətçi prodüser Benni Blanko ilə sevgilidir. Selena səhhətindəki problemlərə görə uşaq sahibi ola bilməsə də, surroqat anaya müraciət etməyə və ya uşaq övladlığa götürməyə hazır olduğunu deyib.
 

 

Selena öz övladlarını daşıya bilməyəcəyini bildirib. O, sağalmaz otoimmün xəstəlik haqqında 2013-cü ildə öyrənib. Daha sonra ona bədənin immun sisteminin sağlam toxuma hücumuna və iltihaba səbəb olan, daxili orqanlara zərər verə bilən lupus diaqnozu qoyulub. 2015-ci ildə aktrisa bu xroniki xəstəliyi müalicə etmək üçün kimyaterapiyadan keçib. 2017-ci ildə Qomezə böyrək köçürülüb. Ona həyati orqanı yaxın dostu, aktrisa Fransia Raisa bağışlayıb. Bundan əlavə, Qomez ciddi psixi sağlamlıq problemləri ilə də mübarizə aparır. Selena hesab edir ki, bir müddətdir yaşadığı bu çöküş və “dağılma” lupusun yan təsiridir.

Qomez indi psixi sağlamlıq problemləri ilə necə məşğul olacağını bilir. O, bədən temperaturunu müalicə mexanizmi kimi istifadə etməyi sevir. Müxtəlif vaxtlarda sakitləşdirici təsiri olması üçün soyuq su və ya termo qızdırıcılar tapır.
 

“Mən hər şeyə hazıram, hələ ki, lazım olan dərmanları qəbul edirəm"- deyə məşhur gülərək əlavə edib.
 

 

Selena, prodüser Benni Blanko ilə qasırğalı romantika şəraitində ailə həyatı və analıq mövzusunu nəzərdən keçirə bilməyib. Aktrisa təəssüflə etiraf edib:


"Mən bunu heç vaxt deməmişəm, amma təəssüf ki, özüm övlad dünyaya gətirə bilmərəm. Mənim həyatımı və uşağın həyatı üçün təhlükə yarada biləcək bir çox sağlamlıq problemlərim var. Bir müddətdir məni üzən bu mövzu barədə danışmaq məcburiyyətində qaldım".
 

Bununla belə, ulduz ümidini kəsmir və gələcəkdə surroqat analığa müraciət edəcəyini və ya uşaq övladlığa götürməyə qərar verəcəyini deyir.
 

"Mən özümü ona görə xoşbəxt hiss edirəm ki, surroqat analıq və ya övladlığa götürmək istəyən gözəl insanlar var. Bu, mənim üçün də gözəl fürsətdir. Mənim üçün analıq bir az fərqlidir. Günün sonunda onu qucağıma alıb, yatırdanda əhəmiyyəti yoxdur onu mən dünyaya gətirmişəm, ya başqası: əsas odur ki, mənimki olacaq, mənim balam olacaq" - deyə aktrisa bildirib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

1-ci sinif şagirdi nadinc olduğu üçün dərsdən kənarlaşdırılır? - RƏSMİ

Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.   Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi...

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntel...

"YouTube"da çoxdan gözlənilən YENİLİK

"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıraca...

Gəncə terrorundan 4 il ötür

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.   Sfera.az xəbə...

Keçmişdən bu günə mövcud olan dəhşətlər

Müasir tibb çiçək, poliomielit, məxmərək, difteriya kimi ən təhlükəli xəstəliklərin bir çoxunu aradan qaldırıb. Ancaq keçmişdən gələn bir çox, o cümlədən vəba k...

Anbarda tapılan və cəmi 50 dollara alınan antik rəsm 200 min dollara satıla bilər

Nyu-Yorkda bir vaxtlar 50 dollara alınan rəsm hərraca göndərilir.   Sfera.az bildirir ki, Kanadalı rəssam Emili Karrın 1912-ci ildəki əsəri olduğu müəy...