“Məni zəhərlədilər": Su ilə işləyən avtomobil icad edən adamın son sözləri


“Məni zəhərlədilər": Su ilə işləyən avtomobil icad edən adamın son sözləri

1998-ci ildə Stenli Meyer dünyanı dəyişə biləcək bir ixtira ilə gündəmə gəldi. O, su ilə işləyən avtomobil icad edib. Amma bir gün qəfildən dünyasını dəyişdi. Onun son sözləri isə “Məni zəhərlədilər” olub.


Bəs, bu, həqiqətən sui-qəsd idi, yoxsa təbii ölüm?




Sfera.az bu dəfə sizə Stenli Meyer və onun qəribə taleyi haqqında yazı təqdim edir.


Stenli Meyer su ilə işləyən avtomobilini təqdim edərkən hər kəsin diqqətini çəkib. İddialara görə, onun maşını cəmi 4 litr su ilə 180 kilometr yol qət edə bilirdi.


Su ilə işləyən avtomobil o dövrün neft aludəçiliyinə meydan oxumaq demək idi.


Amma təsadüfi deyildi ki, Meyerin ölümü onun ixtirası qədər əlamətdar oldu. Həmin gün qardaşı ilə restoranda şam yeməyi yeyərkən ilk qurtumunu içdikdən sonra qəfil yerindən sıçrayıb, nəfəs almaqda çətinlik çəkib və dayanacaqda yerə yıxılıb.


Toksikoloji müayinələrdə zəhərin izlərinə rast gəlinməyib.

 


Ölüm səbəbinin beyin anevrizması olduğu açıqlanıb. Amma bu rəsmi nəticələr belə sui-qəsd nəzəriyyələrinin qarşısını ala bilməyib.


Meyerin su ilə işləyən avtomobil ideyası neft nəhənglərinin maraqları üçün böyük təhlükə yaradırdı.
 

Onun ixtirası haqqında söz yayılmağa başlayanda Meyer dəfələrlə təhdid edildiyini və hətta külli miqdarda pul təklifi aldığını iddia edib.
 

Lakin o, bütün bu təklifləri rədd edib. Bu ixtira dünya miqyasında enerji balansını poza bilərdi.


Lakin maraqlı tərəfi o idi ki, Meyerin su ilə işləyən mühərrikinin həqiqətən işlədiyinə dair heç bir qəti sübut təqdim edilməmişdir.


Hətta məhkəmə proseslərində də avtomobilin texnologiyası adi və yararsız kimi qələmə verilirdi.
 

Bəziləri Meyerin investorlarını aldatdığına inansa da, digərləri onun həqiqətən inqilabçı olduğunu iddia etməyə davam edirdi.


Meyerin ölümündən sonra isə sui-qəsd nəzəriyyələri sürətlə yayılmağa başladı. Ölümündən cəmi bir həftə sonra su ilə işləyən avtomobilinin oğurlanması bu nəzəriyyələri daha da gücləndirdi.

Avtomobil daha sonra tapılsa da, bu, Meyerin iddialarının həqiqiliyinə şübhə edənlər üçün belə yetərli olmadı.


Meyerin son sözləri onun tərəfdarlarına bir siqnal oldu: “Məni ixtirama görə öldürdülər”. Lakin rəsmi açıqlamalarda və ekspertizada zəhərlənmə əlamətlərinin olmadığı iddia edilib.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...