KİV: "Aİ Macarıstanı rusiyalılara viza verməkdən imtinaya məcbur etməyəcək"

KİV: "Aİ Macarıstanı rusiyalılara viza verməkdən imtinaya məcbur etməyəcək"

Avropa İttifaqı (Aİ) çətin ki Macarıstana Rusiya və Belarus vətəndaşlarına “Milli kartlar” (faktiki olaraq ikiillik vizalar) verilməsini dayandırması üçün təzyiq göstərə bilsin.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu fikri “The Spectator” jurnalı irəli sürüb.

 

“Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir və bu müddətdə rəsmi Brüssel tərəfindən Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq edilməsi çox çətin məsələdir. Bu, Aİ bürokratiyasının özü-özü ilə necə rəftar etməsinə yaxşı nümunədir. Çünki viza siyasəti məsələlərində nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının (AK) Macarıstana təsir etmək imkanı yoxdur”, - nəşrin şərhçiləri qeyd edib.

 

Jurnalın yazdığına görə, Baş nazir Viktor Orban öz gündəliyini təbliğ etmək üçün ən yaxşı vaxtı seçib.

 

Xatırladaq ki, bir müddət əvvəl bir sıra Avropa ölkələrinin KİV-i, o cümlədən, “Financial Times” qəzeti Macarıstanın Rusiya və Belarus vətəndaşlarına da şamil edilməklə, uzunmüddətli vizaların alınması üçün tələblərini yumşaltmaq qərarına gəldiyini yazmışdı. İyulun 30-da AK artıq Macarıstandan bu addımla bağlı izahat tələb edib.

 

Avqustun 1-də Latviya prezidenti Edqars Rinkeviç Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbini gündəmə gətirib. AK Macarıstanın avqustun 19-dək adıçəkilən ölkələrin vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğuya cavab verəcəyini gözləyir.


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...