COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkar edildi


COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkar edildi

Britaniya Ürək Fondunun (BHF) Sübut Mərkəzinin dəstəyi ilə Kembric, Bristol və Edinburq universitetlərinin alimləri COVID-19-a qarşı peyvəndin gözlənilməz təsirini aşkar ediblər.
 

Sfera.az xəbər verir ki, "Nature Communication" jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır.
 

Mütəxəssislər 46 milyon şəxsi (böyüklər) əhatə edən məlumatları 2020-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər toplayıb təhlil ediblər. Peyvənddən sonra ürək-damar xəstəliklərinin tezliyi öyrənilib və peyvənddən əvvəl və ya peyvənd olunmayanlar arasında insident məlumatları ilə müqayisə edilib. Arterial və venoz tromboza, o cümlədən infarktlara və ağciyər emboliyasına xüsusi diqqət yetirilib.
 

Mütəxəssislər peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insultların nisbətinin 10 faiz azaldığını aşkar ediblər. İkinci dozadan sonra belə halların tezliyi "AstraZeneca" vaksinindən sonra 27 faiz, "Pfizer-Biotech" peyvəndindən sonra isə 20 faiz azalıb. Oxşar azalma venoz trombotik hadisələr üçün də müşahidə edilib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək- Əliyevlə Ərdoğan da qatılacaq

Gələn ay Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra tikilən 250 mininci mənzilin açarları vətəndaşlara təqdim ediləcək.   Sfera.az xə...

Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək

“Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum təkliflərini yaxın günlərdə Kiyevə verəcək”.   Sfera.az xəbər verir ki, bunu...

Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb...

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.   ...

“Siz elə ölü qalın ...” - Ayaz Salayevlə Röya arasında qalmaqal + VİDEO

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. &nbs...

“Qarabağ” son turda da qələbə qazandı

Azərbaycan Premyer Liqasında 36-cı turun oyunları keçirilir.   Sfera.az xəbər verir ki, günün il oyununda çempion “Qarabağ” səfərdə &ldqu...