Türkiyədə zəlzələ baş verdi

23:43 / 09.07.2024
4421
Türkiyənin Qəhrəmanmaraş bölgəsində axşam saatlarında zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Qəhrəmanmaraşın Elbistan rayonunda baş verən zəlzələ 3,6 bal gücündə qeydə alınıb.
Zəlzələnin ocağının dərinliyi 7,65 km olub.