Avropada əhalisi ən yaxşı yaşayan ölkələr - ADLAR

Avropada əhalisi ən yaxşı yaşayan ölkələr - ADLAR

“Euronews Business” media orqanı Avropa İttifaqının Statistika Təşkilatının (Eurostat) məlumatları əsasında 2023-cü ildə Avropa ölkələrində işçilərin ortaillik xalis qazancını hesablayıb. Hesablama zamanı media qurumu siyahıya Türkiyəni də əlavə edib.

 

Sfera.az bu araşdırmaya istinadən xəbər verir ki, siyahıda ən aşağı yerdə Türkiyə qərarlaşıb.

 

Türkiyədə adambaşına düşən ortaillik xalis gəlir 8 min 968 avro təşkil edib. Avropa İttifaqı ölkələrində isə ortaillik qazanc 28 min 217 avro olub. Avropalılar bu pulu həftədə 36,4 saat işləməklə əldə ediblər.

 

Araşdırmaya əsasən, ortaillik xalis gəliri ən yüksək olan ölkə İsveçrədir. Burada illik qazanc 85 min 582 avrodur.

 

Sıralamada növbəti yerləri 55 min avro ilə İslandiya, 50 min avro ilə Lüksemburq, 45 min avro ilə Norveç və Hollandiya, 47 min avro ilə İrlandiya, 45 min avro ilə Danimarka tutur.

 

Avropada ən aşağı gəlir Bolqarıstanda (9 min 355 avro), Rumıniyada (11 min 105 avro), Xorvatiyada (12 min 330 avro) və Macarıstanda (12 min 456 avro) qeydə alınıb. Adıçəkilən bu ölkələr Şərqi Avropa ölkələridir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Baydenin Kamala Harrisi namizəd etməsinin SƏBƏBLƏRİ: "Prezident yenidən seçilə bilmirsə..."

Xəbər verdiyimiz kimi, ABŞ-nin hazırkı Prezidenti Co Bayden vitse-prezident Kamala Harrisi dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb. ...

Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit naziri ilə GÖRÜŞDÜ

COP29-un prezidenti Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb.   Sfera.az xəbər verir k...

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri GENİŞLƏNDİRİLDİ

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “...

Əhməd Əhmədovun növbəti məhkəmə prosesi TƏXİRƏ SALINDI

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.   Sfera.az xəbər veri...

Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə bağlı insident "MedEra Hospital"da baş verib. Bu hospital isə dəfələrlə xoşagəlməz had...

Məşhur vlogger dəhşətli qəzada öldü - FOTO

Dünyaca məşhur, rusiyalı youtuber və moto vlogger Tatyana İvanovna Ozolina Türkiyə turu çərçivəsində Muğlaya gedib. Milas-Söke yolunda hərəkət edən fenomen...