Komadan ayılan oğlan Çin dilində danışmağa BAŞLADI

Komadan ayılan oğlan Çin dilində danışmağa BAŞLADI

Avstraliyanın Melburn şəhərindən olan 22 yaşlı Ben MakMahon dəhşətli avtomobil qəzası keçirərək, komaya düşüb. Komadan ayıldıqdan sonra o, qəfil Çincə danışaraq, həkimləri və ailəsini təəccübləndirib. 

 

Sfera.az bildirir ki, gənc oğlan əvvəllər məktəbdə xarici dil oxusa da, kursu bitirməyib. Tibb bacısının dediyinə görə, oğlan qəfil oyanaraq onunla Çin dilində danışıb. Daha sonra valideynlərinə mesaj yazmaq üçün kağız və qələm istəyib:

 

“Anamı sevirəm, atamı sevirəm. Mən yaxşılaşacağam”.

 

"Bizə dedilər ki, Ben komadan çıxıb, amma çin dilində danışmasından çox narahat olduq" -deyə oğlanın atası Mark o günü xatırlayır.


Ben özü etiraf edir ki, o, xarici dildə danışdığını dərk etməyib, çünki bu, özlüyündə baş verib. Doğma ingilis dilini xatırlamaq üçün ona bir neçə gün lazım olub. 

 

Bu möhtəşəm hadisə Ben üçün yeni imkanlar açıb. O, Çin dilində turlar və öz televiziya proqramını yaradıb. Ben hazırda Şanxayda yaşayır və ticarət sahəsində təhsil alır.

 

Yeri gəlmişkən, Ben 2014-cü ildə qəza keçirib. Onun avtomobilini işıqforun qırmızı işığında keçən yük maşını vurub. Təxminən on sümüyü sınıb və beyin silkələnib.

 

Kvinslend İnstitutu nevroloqa Pankaj Sah bunun beynin nitqə cavabdeh olan hissəsinin zədələnməsi səbəbindən baş verdiyini ehtimal edir. Bu “ksenoglossy” adlanır və koma daxil olmaqla, şüurun dəyişməsi dövründə özünü göstərir.

 

Xatırladaq ki, oxşar hallar əvvəllər də olub. 2010-cu ildə Xorvatiyadan olan bir qız qəfildən almanca danışıb, 2013-cü ildə isə ABŞ-dan olan bir veteran komadan ayılaraq Şved (isveç) dilində danışmağa başlayıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndi...

Mərdəkanda qaz təchizatı dayandırılacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı daya...

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.  ...

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...

Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlandı

"Sabah"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyin...

COP29 tərəfdaşlıq proqramı təqdim edildi

COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib.   Bu barədə Sfera...