Dağıstanda terakt: Rayonun başçısı saxlanıldı
23:00 / 23.06.2024
3937
Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərov saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Next Life” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Ömərov FTX tərəfindən dindirilir.
Qeyd edək ki, Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib.