Olland: \"Fransada makronizm erası bitmək üzrədir\"

Olland: \

“Fransada makronizm (Fransa prezidenti Emmanuel Makron - Qeyd) erası bitmək üzrədir”.

 

Sfera.az xəbər verir ki, bu barədə Fransanın keçmiş prezidenti Fransua Olland “Frans Press” agentliyinə müsahibəsində bildirib.

 

“Makronizm, əgər mövcud olubsa, artıq bitib ”, - deyə o qeyd edib.

 

Sabiq prezident qeyd edib ki, Makronun mandatı bitməyib, lakin o, artıq növbəti seçkilərdə iştirak edə bilməyəcək: “Makron hakimiyyətə gələndə Fransa siyasətinin artıq sağ və sol arasında bölünməyəcəyini bəyan etmişdi. Artıq siyasətdə təcəssüm etdiyi dövr bitdi”.

 

2017-ci ildə son dərəcə aşağı reytinqinə görə ikinci müddətə namizəd olmaqdan imtina edən Olland böyük siyasətə qayıtmağa cəhd etmək niyyətindədir. O, əvvəllər Tul kommunasının deputatı və meri olduğu Korrez departamentində (mərkəzi Fransa) solçu “Yeni Xalq Cəbhəsi” alyansından növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.

 

Qeyd edək ki, iyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq qərarına gəlib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...

Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlandı

"Sabah"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyin...

COP29 tərəfdaşlıq proqramı təqdim edildi

COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib.   Bu barədə Sfera...

MN-dəki 143 milyonluq yeyinti: "Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib"

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir.   Sfera.a...

Övladını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, ...

Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək

İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında "Ne-vaza" ACF Kuboku keçiriləcək. ...