Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçiriləcək

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçiriləcək

İyunun 21-də Ermənistan Parlamentində Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçirilməsi məsələsi ilə bağlı dinləmələr keçiriləcək.
 

Sfera.az xəbər verir ki, bu barədə dövlət qurumunun saytında məlumat verilib.
 

“Avropaya inteqrasiya daimi komissiyasının qərarına əsasən, iyunun 21-də saat 11:00-da Milli Məclisin iclas zalında “Ermənistanın Avropa İttifaqına üzvlük ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələri keçiriləcək",- məlumata deyilib.
 

Komissiyanın sədri Arman Yeqoyan bildirib ki, dinləmələrin keçirilməsi təşəbbüsü demokratik qüvvələrin platforması və siyasi cəmiyyət tərəfindən irəli sürülüb.
 

“Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyanın sözlərinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti ölkənin Aİ-yə tamhüquqlu üzv kimi inteqrasiyasını istəyir.
 

“Respublika Naminə” partiyası qeyd edib ki, referendum Ermənistanın sabitliyini və möhkəmliyini artırmaq məqsədi daşıyır.
 

Ölkə parlamenti əlavə edib ki, referendumun nəticələri növbəti seçkilərdə iştirak edəcək siyasi qüvvələr üçün bələdçi ola bilər.
 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın bu il Avropa Birliyinə üzv olmaq istədiyini bildirmişdi.
 

Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə faciə: oğlunu əsgər göndərdiyi gün intihar etdi

Şəmkirdə bədbəxt hadisə baş verib.   Sfera.az gununsesi.info-ya istinadla xəbər verir ki, rayonun orta məktəb müəlliməsi olan Könül Cabbarova hə...

Dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Qubada dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məluma...

"Keçmişimizdən utanmamışıq" -Tənqidlərə cavab verdilər

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları bir müddət əvvəl yayılan arxiv fotolarına yazılan tənqidlərə cavab veriblər.   Sfera.az-ın məl...

Türkiyədə meşə yanğını: üç nəfər öldü

Türkiyənin İzmir şəhərinin Çeşmə ra yonunda baş verən meşə yanğını zamanı üç nəfər həlak olub.   Sfera.az xəbər verir ki, meşə yanğınları ilə əlaqəda...

Zelenski: Ukraynada uzaqmənzilli raketlər hazırlanır

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ölkədə uzaqmənzilli raketlər hazırlandığını bəyan edib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı ...

Tanınmış meyxanaçının məzarından GÖRÜNTÜLƏR YAYILDI - VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.    Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə söz ustadının məzarından g...