Cennifer Lopez Ben Afflekin oğlunun məzuniyyət mərasiminə qatıldı - FOTO

Cennifer Lopez Ben Afflekin oğlunun məzuniyyət mərasiminə qatıldı - FOTO

Cennifer Lopez 16 yaşlı əkizləri Emma və Maksla birlikdə Ben Afflekin 12 yaşlı oğlu Samuelin təhsil aldığı Santa Monikadakı məktəbə məzuniyyət üçün gəlib. Tədbir üçün o, dəbdəbəli və çox bahalı kombin seçib.

 

Sfera.az bildirir ki, ögey oğlunun məzuniyyət gecəsində görünən Cennifer hər kəsin diqqətini çəkib. O, ərindən ayrı gəlib və praktiki olaraq onunla ünsiyyət qurmayıb.

 

Cennifer sadə, lakin zərif bej rəngli “Valentino”dan 3298 dollarlıq, ətəkləri kəsikli uzunqol qıflı don geyinib. O, əlində nadir buraxılış “Hermes Birkin” çantası tutub. Ekspertlərin sözlərinə görə, belə aksessuarın qiyməti yarım milyon dollara qədər ola bilər.


Parlaq saçları aşağı topuz halına yığılıb ​​və Ceni, gözlərini iri gün eynəklərinin arxasında gizlədib.


Ben mavi üçlü dəst kostyum və qara ayaqqabı seçib. Kifayət qədər gərgin görünən Ben tədbir zamanı JLo ilə ünsiyyət qurmayıb.


Məzun mərasimində Afflekin keçmiş həyat yoldaşı Cennifer Qarner də olub. O, mavi topuq uzunluğunda yay paltarı geyinib və onu qəhvəyi papaq ilə kombin edib. Lopez və Afflekdən fərqli olaraq o, ən şən görünürdü.

 

Digər qonaq aktyorun anasl Kris Baldindir. Qadın pencək, qara top və qırmızı çiçəkli ətəkdən ibarət tünd rəngli paltar geyinib. Qeyd edək ki, Kris keçmiş gəlininə hələ də isti münasibət bəsləyir.

 

Lopesin görünüşü çoxlarını tədbirin özündən yayındırıb. Öz növbəsində o, heç kimə əhəmiyyət verməyərək,  yalnız uşaqları ilə ünsiyyət qurub.


Qeyd edək ki, bu yaxınlarda teleaparıcı Meqan McCain açıq şəkildə Cennifer Lopezin çox xoşagəlməz bir insan olduğunu bildirib. O, 2019-cu ildə ulduzla ünsiyyət təcrübəsini paylaşaraq etiraf edib ki, dostlarının yoldaşlarının sayı “prezidentinkindən çox” olsa da, hətta “İnstagram” ulduzu Kim Kardaşyanın daha çox təvazökar olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Lopez və Afflek evliliklərində böhran yaşayırlar və bütün media cütlüyün boşanmasından danışır. Cütlük birlikdə yaşamır və onların 60 milyon dollarlıq malikanəsi bu yaxınlarda satışa çıxarılıb. Ulduzların dostlarının dediyinə görə, Ben evin uşaqlarının yaşadığı yerdən uzaq olmasını sevmir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zooparkdakı heyvanlar zəlzələyə reaksiyaları ilə təəccübləndirdilər - VİDEO

Aprelin 14-də San Dieqo zooparkında 5,2 bal gücündə zəlzələ baş verən zaman ziyarətçilər və zoopark işçiləri çox təsirli hadisənin şahidi olublar. Belə ki, bölg...

Pinqvin helikopter qəzasına səbəb oldu - FOTOLAR

Cənubi Afrikanın Quş adasında helikopter qəzaya uğrayıb. Karton qutuda olan pinqvin helikopterin qəzaya uğramasına səbəb olub.   Sfera.az bildirir ki...

Siyasətçi 14 il qadınları gizli kameralarla izləyib

Böyük Britaniyada gündəm qalmaqallı hadisə ilə çalxalanıb. Belə ki, keçmiş britaniyalı siyasətçi qadınlara aşağı qiymətə kirayə verdiyi mülklərə gizli kameralar...

Niyə hollandiyalılar evlərində pərdələrdən istifadə etmirlər?

Əgər siz nə vaxtsa Hollandiyanın küçələrini gəzmisinizsə və ya orada çəkilmiş sənədli filmə baxmısınızsa, bu, mütləq diqqətinizi çəkib. Pəncərələrin arxasında p...

Niyə qatarlarda təhlükəsizlik kəmərləri yoxdur?

Demək olar ki, qatarla səyahət edən hər kəs kresloda oturmaq, rahat ayağa qalxmaq və istədiyi kimi səyahət etmək həzzini yaşayıb. Qatarlarda təhlükəsizlik kəmər...

Daha iki futbolçu "Qarabağ"ı tərk edir

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.   Daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.   Ağdam təmsilçisi Amin Rama...