Ermənistanda “Daşnaksütyun” partiyasının 13 üzvü saxlanıldı

Ermənistanda “Daşnaksütyun” partiyasının 13 üzvü saxlanıldı

“Daşnaksütyun” partiyasının 13 üzvü müxtəlif cinayət işləri ilə bağlı saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

 

“Saxlanılanlar arasında iki qadın, həmçinin “Daşnaksütyun” partiyasının ali orqanının üzvü Qerasim Vardanyan da var. Onlardan biri artıq üç aylıq həbs cəzasına məhkum edilib”, - o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR