53 il əvvəl müəmmalı şəkildə radarlardan itən təyyarə gölün dibində tapıldı - FOTO

53 il əvvəl müəmmalı şəkildə radarlardan itən təyyarə gölün dibində tapıldı - FOTO

ABŞ-ın Vermont ştatında, Champlain gölünün dibində 53 il əvvəl radarlardan itən 10 nəfərlik şəxsi “Jet Commande” təyyarəsinin qalıqları tapılıb.

 

Sfera.az bildirir ki, təyyarənin qalıqları 60 metr dərinlikdə, özəl təyyarənin marşrutunun son nöqtəsinin yaxınlığında olub. Burlinqton hava limanından Rod-Aylend ştatının Providens şəhərinə uçan təyyarə 27 yanvar 1971-ci ildə müəmmalı şəkildə yoxa çıxıb. Təyyarədə beş nəfər - “Cousins ​​Properties” şirkətinin üç əməkdaşı, həmçinin iki ekipaj üzvü olub.

 

Təyyarə yoxa çıxandan dərhal sonra xilasedicilər axtarışlara başlasalar da, uğursuzluqla nəticələnib. Hava şəraitinin pisləşməsi ilə əlaqədar əməliyyat dörd gün sonra dayandırılmalı olub, həmçinin təyyarənin düşdüyü ehtimal edilən göl donub.


Təyyarə heç vaxt tapılmayıb və sərnişinlər itkin düşmüş hesab edilib. Yalnız 2024-cü ilin may ayında sonar tədqiqatları hava nəqliyyatı dispetçerləri tərəfindən qeydə alınan marşrutun son nöqtəsinə yaxın gölün dibində uzanan qalıqları aşkar edib.

 

 

Dalğıc Harri Kozak: “Bütün bu sübutlar 99% onun “Jet Commande” olduğunu deməyə əsas verir" - deyib və əlavə edib ki, qəza ilə bağlı əlavə məlumat veriləcək.

 

Təyyarədə olan sərnişinlərin qohumları və dostları nəhayət rahatlıq hiss etdiklərini etiraf ediblər. Yaxınları tezliklə vida mərasimi təşkil etməyi planlaşdırırlar.


"Təyyarənin gölün dibində, yoxsa bəlkə də dağın kənarında olduğunu bilmədən 53 il yaşamaq çox çətin idi. İndi özümü rahat hiss edirəm, çünki həqiqəti bilirəm. Təəssüf ki, digər suallar cavabsız qalır və indi bu suallar üzərində işləmək lazımdır”- deyə ölən sərnişinlərdən birinin ailə üzvü əlavə edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirildi

Ekoloji maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə ir...

Dövlət Xidmətindən daha bir XƏBƏRDARLIQ

Gün keçdikcə süni intellekt texnologiyasından istifadə edənlərin sayı artır.   Bəs süni intellekt nədir? Süni intellektdən istifadə edərkən hansı kib...

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndi...

Mərdəkanda qaz təchizatı dayandırılacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı daya...

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.  ...

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...